Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Əlvənddə sakinlərlə görüşdü

1
Əlvənd

ƏlvəndZərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Novruz bayramı ərəfəsində Əlvənd kənd sakinləri ilə görüş keçirmişdir. İcra başçısı öncə kənd əhalisini bahar təravətli Novruzun gəlişi münasibətilə təbrik etmişdir.

Sonra Zərdab Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirmişdir ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda böyük uğurlar əldə edilmiş, əhalinin həyat səviyyəsi yüksəlmiş, yeni iş yerləri açılmış, dövlət büdcəsinin və əhalinin gəlirləri dəfələrlə artmışdır. 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının təsdiq olunmasını və 2014-cü ilin ölkə Prezidenti tərəfindən “Sənaye ili” elan olunmasını vurğulayan icra başçısı bu inkişaf və tərəqqinin bundan sonra da artan templə davam edəcəyini bildirmişdir. Ölkəmizin bu sürətli iqtisadi inkişafı fonunda Zərdab rayonunda da bir çox sosial yönümlü layihələr həyata keçirilmişdir. 2013-cü ildə və 2014-cü ilin əvvəlində bir çox yaşayış məntəqələri qazlaşdırılıb. Hazırda rayonun 10 yaşayış məntəqəsində əhali mavi yanacaqdan istifadə edir. Əlibəyli, Allahqulubağı, Hüseynxanlı, Xanməmmədli, Pərvanlı, Gödəkqobu, Lələağacı, Yarməmmədbağı, Məmmədqasımlı, Qoruqbağı və digər kəndlərə qaz xəttinin çəkilişi başa çatmaq üzrədir. Şəhər mərkəzində 3000-dən çox ailə Ağsu rayonundan 72 km məsafədən çəkilmiş təmiz içməli su ilə təmin olunur. Şəhərə və kəndlərə su xəttinin çəkilişi davam etdirilir. 17 kənddə su birlikləri üçün yeni binalar tikilmişdir. Çallı, İsaqbağı, Aşağı Seyidlər kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilib. Zərdab-Yuxarı Seyidlər-Siləyli, Zərdab-Mollakənd avtomobil yollarına yeni asfalt örtük döşənib. Bu gün də rayonda tikinti işlərinin eyni ahənglə davam etdirildiyini diqqətə çatdıran natiq qeyd etmişdir ki, hazırda rayonda “32 hektar” adlanan qəsəbədə 132 şagird yerlik məktəb binası, Baytarlıq idarəsinin binası, Süd məhsulları istehsalı zavodu, “Aqrolizinq”ASC-nin rayon filialı üçün gübrə və taxıl anbarı, Suvarma Sistemləri İdarəsində regional mərkəzin ofis binası açılışa tam hazırdır. Rayon Mərkəzi Xəstəxanasının binaları əsaslı təmir olunur, MTN-nin rayon şöbəsi üçün yeni binanın tikintisində işlər başa çatmaq ərəfəsindədir. Otmanoba kənd ümumi orta məktəbinin binası təmir olunur. Şəhər mərkəzində 2 körpələr evi-uşaq bağçasının tikintisinə hazırlıq işləri görülür.

İcra başçısı çıxışında qarşıda duran vəzifələrdən, cari ildə rayonda görüləcək işlərdən danışmışdır.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Zərdab Rayon İcra Hakimiyyəti

 Əlvənd

ƏlvəndƏlvənd

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

7 + 8 =