Qızıl Aypara Cəmiyyətinin Zərdab bölməsi silsilə tədbirlər keçirir

2
Qızıl Aypara Cəmiyyətinin Zərdab rayon bölməsi

Qızıl Aypara Cəmiyyətinin Zərdab rayon bölməsiAzərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) Zərdab rayon bölməsi Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yaranmasının 94 illiyi münasibətilə silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də Zərdab şəhər 3 saylı orta məktəbdə təşkil olundu. Tədbirin keçirilməsində əsas məqsəd rayonun təhsil ocaqlarında məktəbliləri Qızıl Aypara Cəmiyyətinin tarixi və fəaliyyəti barədə məlumatlandırmaq idi.

Tədbirdə Zərdab şəhər 1, 2, 3 saylı məktəblərin, Zərdab Rayon Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Veteranlar klubunun, 39 saylı Gənclər Kitabxana filialının nümayəndələri, “Əkinçi” qəzetinin müxbiri, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin könüllüləri iştirak etdilər.

Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Zərdab rayon bölməsinin sədri F. Qocayeva çıxış edərək bölmənin fəaliyyətindən, Qızıl Aypara Hərakatının cəmiyyətimiz tərəfindən qəbul olunmuş humanizm, neytrallıq, qərəzsizlik, müstəqillik, könüllülük, vahidlik və dünyəvilik prinsiplərinə əməl edilərək görülən işlərdən danışdı. Məlumatdan sonra Qızıl Aypara Cəmiyyətinin himni səsləndirildi və rayon bölməsinin gördüyü işlər haqqında videoçarx göstərildi.

Tədbirdə rayon bölməsinin könüllüləri Qızıl Aypara Cəmiyyətinə aid şeirlər və məlumatlar səsləndirdilər. Sonra könüllülər rəngarəng musiqi nömrələri ilə çıxış etdilər. Tədbirin sonunda fəallığı ilə fərqlənən könüllülər Qızıl Aypara Cəmiyyətinin üzvülük biletləri və hədiyyələrlə mükafatlandırıldılar. Həmçinin şəhər 3 saylı orta məktəbin şagirdi Ağdam rayonundan məcburi köçkün, hər iki valideynini itirmiş Səlminaz Qarayevaya ərzaq bağlaması və yataq dəsti verildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) Zərdab rayon bölməsinin Gənclərlə iş üzrə təlimatçısı Tamilla İsmayılova.Qızıl Aypara Cəmiyyətinin Zərdab rayon bölməsi

2 ŞƏRH

  1. Salam Tamilla , məktubunla bu gün tanış oldum . Ən çox diqqətimi cəlb edən mövzulardan birinə toxunmusan . Viktor Hüqonun əsərlərindən birində oxumuşam ki , tərəqqipərvər bəşəriyyət könüllü humanist fəaliyyət göstərməyi mədəniyyətin ən yüksək forması hesab edir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Zərdab rayon bölməsi də belə bir xeyirxah missiyanı yerinə yetirərək öz peşə prinsiplərinə sadiqdir. Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yaranmasının 94 illik tarixini,fəaliyyətini, Qızıl Aypara Hərəkatının cəmiyyətimiz tərəfindən qəbul olunmuş prinsiplərini rayonun təhsil ocaqlarında məktəblilərə izah etməyin özü də humanist bir addımdır.Bu nəcib işinizdə bütün kollektivinizə uğurlar arzulayıram.

  2. Tərlan xanım diqqətinizə görə çox sağ olun! Gözəl sözləriniz üçün təşəkkürlər!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seventeen − 16 =