Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru mükafatlandırıldı

5

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

Uşaq və Ailələrə Dəstək Mərkəzi Zərdab rayonunda 2011-ci ildən etibarən fəaliyyət göstərir. Mərkəz fəaliyyətə başlayandan bu günə kimi buraya 300-ə yaxın ailə müraciət etmiş, bunlardan 3 nəfər əlil arabası ilə, 6 nəfər eşitmə aparatı təmin edilmiş, 4 nəfər müxtəlif problemlərlə bağlı əməliyyat olunmuşdur. 40 nəfərə yaxın rayon sakini Bakı şəhərinə müxtəlif xəstəxanalara təmənnasız müayinəyə göndərilmişdir. Bundan başqa, rayonumuzda onlarla ailənin barışdırılmasına nail olunmuşdur.

Mərkəzimiz gənclər arasında repreduktiv sağlamlıq, erkən nikah, zərərli vərdişlərdən qorunmaq, qadın hüquqları və s. mövzularda daim təlimlər, maarifləndirici tədbirlər keçirir. Görülən bu işlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diqqətindən yan keçməmişdir. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 7 mart 2014-cü il tarixdə “Four Seasons” oteldə keçirdiyi tədbirə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi də dəvət olunmuşdur. Fəaillət göstərən 11 Mərkəz arasında məhz Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül xanım Həsənova  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən səmərəli əməkdaşlığa görə “ödül” və diplomla təltif olunmuşdur. Bu diqqət, bu mükafat Mərkəzimizin əməkdaşlarının məsuliyyətini daha da artırır.

Göstərilən diqqət və qayğıya görə biz cənab Prezident İlham Əliyevə, Komitəmizin sədri Hicran xanım Hüseynovaya və daimi bizi diqqət mərkəzində saxlayan rayonumuzun İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu Jalə Məmmədzadə

5 ŞƏRH

  1. Könul xanım sizi və mərkəzinizin bütün əməkdaşlarını ” ödül ” və diplomla təltif olunmağınız münasibəti ilə MKS- nin Xidmət şöbəsi adında təbrök edırık.İşlərinizdə uğurlar arzulayırıq.

  2. tebrik edirem Konul xanim siz buna layiqsiz isine layiqli insan hemise deyerlendirilir

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × 1 =