Zərdabın igid oğlu, şəhid Müşfiq Hacıyev doğma kəndində anıldı

2
40

Müşfiq Hacıyev    Rayonumuzun igid oğlu, Kəlbəcər rayonunun Qızılqaya kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan və xalqımızın ümummilli lideri Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş (ölümündən sonra) Müşfiq Zabit oğlu Hacıyevin martın 20-də doğum günüdür. Yaşasaydı, həmin gün Müşfiq 40 yaşını qeyd edəcəkdi… Müşfiq Hacıyevin ad günü münasibətilə onun adını daşıyan Bıçaqçı kənd orta məktəbində keçirilən tədbirdə kənd sakinləri, məktəblilər, müəllimlər, kənd icra nümayəndəliyinin kollektivi, şəhidin doğmaları iştirak edirdilər.

İştirakçılar öncə Müşfiqin məktəbin həyətindəki heykəli önünə gül-çiçək qoyaraq, qəhrəman həmkəndlilərinin xatirəsini ehtiramla yad etdilər.

Rayon İcra Hakimiyyəti Başçısı aparatının hüquq şöbəsinin müdri Xəzri Babayev, məktəbin direktoru Talıb Talıbov, şəhidin atası Zabit Hacıyev, rayon gənclər və idman idarəsinin rəis müavini Əvəz Soltanov Müşfiqin həyatından, onun keçdiyi şərəfli döyüş yolundan danışdılar. Məktəblilər Vətənə, şəhidlərə və Müşfiqə həsr olunmuş şeirlər söylədilər.

Ələkbər Kərimov, “Əkinçi”nin müxbiri

Müşfiq HacıyevMüşfiq HacıyevMüşviq6Müşfiq HacıyevMüşfiq Hacıyev

2 ŞƏRH

  1. Müşviq, hələ sənin döyüş salnamənə çox sətrlər yazılacaq.Yazıldıqca sənin doğrudanda əsil qəhrəman olduğun bütün Azərbaycana bəlli olacaq.Sən onsuz da ölümünlə ölməzliyi qazanmısan .Qəbrin nurla dolsun Müşviq qardaş!

  2. Sen nein ki Zerdabin Azerbaycanin qehramanisan Muşviq.Qəbirin nurla dolsun qardaş.

Comments are closed.