Zərdab rayon Heydər Əliyev Mərkəzində tədbir

0
Zərdab rayon Heydər Əliyev Mərkəzi

Zərdab rayon Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərimizi bugünkü və gələcək nəsillərə çatdıraq” adlı görüş keçirildi

 

 Zərdab rayon Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərimizi bugünkü və gələcək nəsillərə çatdıraq” adlı dəyirmi masa-gənclərlə görüş keçirildi. Görüşdə Zərdab rayon Gənclər və İdman İdarəsinin, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, məktəblilər və müəllimlər iştirak etdilər. Görüşdə çıxış edənlər bildirdilər ki, milli-mənəvi dəyərlərimiz əsrlərlə xalqımızın təfəkkürü, həyat tərzi, dini dəyərlərimiz, ailə, cəmiyyət və toplumarası münasibətlər əsasında formalaşıb nəsildən-nəslə ötürülərək zənginləşib çoxçalarlı, misilsiz dəyərlər toplumu halına gəlib. Qədim tariximizin keşməkeşli dönəmlərində xalqımız bu dəyərlərə söykənərək, milli mədəniyyətimizin zəngin, çoxşaxəli, çoxçalarlı nümunələrini yaradıb. Ailədaxili münasibətlərdən tutmuş, qohumluq, qonşuluq əlaqələrində, milli mətbəximizdə, toy-yas mərasimlərimizdə, dərin məzmunlu el bayramlarımızda, etnoqrafiyamızda, şifahi və yazılı ədəbiyyatımızda milli-mənəvi dəyərlərimiz öz əksini tapıb.

 

Azərbaycanın ən yeni tarixinin Ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olduğu qeyd edilmiş, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatında dirçəlişin məhz onun adı ilə bağlılığı, milli-mənəvi dəyərlərimizin bərpası istiqamətində fəaliyyəti barədə geniş danışılmışdır. Bildirilmişdir ki, Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi birbaşa Ulu Öndərin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla paralel, beynəlxalq miqyasda da uğurlar əldə edirlər.

 

Çıxışlarda Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramları xüsusi vurğulanmışdır.

 

Zərdab Rayon İcra Hakimiyyəti

Zərdab rayon Heydər Əliyev Mərkəzi

Şərh yaz

Please enter your comment!
Please enter your name here

sixteen − nine =