Zərdab sakini övladlarına qovuşdu

0

“Tale elə gətirib ki, ailəmin qayğısını özüm çəkməli olmuşam. Həyat yoldaşımdan ayrıldığım üçün övladlarımın mənə verilməsi barədə xeyli qabaq müxtəlif təşkilatlara müraciət etsəm də, heç bir nəticə olmamışdı. Nəhayət, rayonumuzdakı Uşaq və Ailələrə Dəstək Mərkəzinə müraciət etdikdən sonra problemim həll olundu, analıq haqqım müdafiə edildi”. Bu sözləri “Əkinçi”yə Zərdab sakini Lalə İbrahimova deyib: “Mərkəzin əməkdaşları köməklərini əsirgəmədilər, övladlarımın mənə qaytarılmasına yardımçı oldular. Övladlarıma qovuşmağıma dəstək olan, onların mənimlə yaşamaq hüququ almağına nail olan, məni balalarıma qovuşduran mərkəzin direktoru Könül xanım Həsənovaya və mərkəzin əməkdaşı Ləman Səfərəliyevaya minnətdarlığımı bildirirəm”.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

15 − 3 =