Zərdabda gənclərin intellektual inkişafına dəstək layihəsi

0
20
ZerdabAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə fərdi şəxs Xəlilov Aqil Malik oğlunun həyata keçirdiyi “Gənclərin intellektual inkişafına dəstək ” layihəsi çərçivəsində təlim kurs baş tutdu. Təlim Zərdab Hədəf kursunun binasında keçirildi.
Təlimdə layihə çərçivəsində yaradılmış www.ritmtest.com səhifəsinin istifadəsi gənclərə öyrədildi və iştirakçılara bukletlər paylanıldı. Tədbirdə “Gəncliyə dəstək” İB-nin sədri Eldar Xəlilov da çıxış etdi və layihənin əhəmiyyətindən və gənclərə göstərilən dövlət qayğısından danışdı.
Qeyd edək ki, layihənin məqsədi gənclərin intellektual səviyyəsini, dünya görüşünü artırmaq və şagirdlərin orta məktəblərdə qazanmış biliklərini qabaqcıl texnologiyaların tətbiqi ilə inkişaf etdirməkdir.
Bu məqsədlə layihə çərçivəsində www.ritmtest.com səhifəsi yaradılmışdır. Online imtahan səhifəsinin köməyi ilə gənclər intellektual səviyyələrini, dünya görüşlərini artıracaq və öz biliklərini qabaqcıl texnologiyaların tətbiqi ilə inkişaf etdirmək imkanı qazanacaqlar.Layihə başa çatdıqdan sonra da hazırlanmış www.ritmtest.com səhifəsi davamlı olaraq gənclərin istifadəsində olacaqdır ki, bu da layihənin davamlılığını təmin edəcəkdir. “RİTM-C” kompyuter kursunda davamlı olaraq www.ritmtest.com səhifəsindən istifadə gənclərə öyrədiləcək.

ZerdabZerdab