Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Bahar çiçəkləri”

0
22

ZerdabZərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Bahar müjdəli çərşənbələr” adlı bayram şənliyi keçirilib. Zerdab.com saytına verilən məlumata görə, muzeyin direktoru Şahnaz Mustafayeva tədbiri açıq elan edərək bayram haqqında geniş və ətraflı məlumat verib.

Şahnaz Mustafayevanın çıxışından sonra muzeyin əməkdaşları M. Babayeva və A. Abdullayeva Novruz və onun yaranma tarixi, çərşənbələr haqqında məlumatlar veriblər.

Tədbirdə Həsən Bəy Zərdabi Muzeyinin, Zərdab Rayon Mədəniyyət Şöbəsinin, Veteranlar klubunun işçiləri “Əkinçi” qəzetinin əməkdaşı, Zərdab şəhər 1 saylı uşaq bağçasının müəllim və şagirdləri iştirak ediblər. Musiqilər, milli rəqslər və maraqlı səhnəciklərlə çıxışlar olub.

Muzeydə “Bahar çiçəkləri” adlı sərgi də təşkil edilib.

Sevinc Vaqifqızı

Zerdab Zerdab Zerdab Zerdab ZerdabZerdab