Biznes Universitetinin prorektoru, həmyerlimiz Qabil Namazov

1

Qabil Namazov 1949-cu ildə Zərdab rayonunda anadan olmuşdur. www.zerdab.com saytı hörmətli ziyalımızın tərcümeyi-halını təqdim edir. O, 1966-cı ildə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika-riyaziyyat” fakültəsini bitirib. 1972-ci ildən keçmiş Sovet Ordusu sıralarında leytenant rütbəsində xidmət edib və 1974-cü ilin iyun ayında ordudan tərxis olunub. 1974-1981-ci illərdə Zərdab rayonunun orta məktəblərində riyaziyyat müəllimi və dərs hissə müdiri işləyib.
1981-ci ildən 1985-ci ilədək seçkili orqanda, Zərdab rayon keçmiş XDS İcraiyyə Komitəsində Ümumi Şöbə müdiri, 1985-ci ildən 1992-ci ilədək şəhər 2 saylı orta məktəbə riyaziyyat müəllimi, 1992-ci ildən 1993-cü ilədək Zərdab rayon İcra Hakimiyyətində kadrlar üzrə inspektor, 1993-cü ildən 1998-ci ilədək şəhər 2 saylı orta məktəbində riyaziyyat müəllimi, 1998-ci ildən 2001-ci ilədək Bakı Ali Pedaqoji Qızlar Seminariyasının “Təbiət fənləri” kafedrasında dosent vəzifəsində işləyib. 2001-ci ildən Bakı Biznes Universitetinin (BBU) “Ali riyaziyyat və texniki fənlər” kafedrasında baş müəllim, 2002-ci ildən 2003-cü ilədək BBU-da “Biznes və Menecment” fakültəsinin dekan müavini, 2003-cü ildən isə BBU-da tədris şöbəsinin müdiri, 2007-ci ildən “Ali riyaziyyat və texniki fənlər” kafedrasının müdiri vəzifəsində çalışır. Biznes Universitetinin Elmi Şurasının üzvüdür.
Qabil Məhəmməd oğlu Namazov elmi fəaliyyəti dövründə 23 adda elmi metodik və elmi işi dərc edilib ki, bundan 18-i namizədlik müdafiəsindən sonrakı dövrü əhatə edir. O, “Ali riyaziyyat” fənnindən dərs vəsaiti və doktorluq dissertasiyası üzərində çalışır. www.zerdab.com saytı olaraq həmyerlimizə işlərində uğurlar arzulayırıq.

www.zerdab.com

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

twenty − 8 =