ADAMIN BƏXTİNƏ NAŞI DÜŞƏNDƏ…

3

kainatQız var, qarıdan da urvatsız olur,

Ev var, arvadlı da arvadsız olur,

Kişi on oğulla övladsız olur,

Başına dünyanın daşı düşəndə.

****

Çəksən də üstünə poladdan sipər,

Min ilə qurulan bir anda itər,

İşıq dirəyində yarpaq da bitər,

Torpağa məzlumun yaşı düşəndə.

 ****

El köçür, dağları duman bürüyür,

Həsrətdən zirvədə daş da əriyir,

Günü qara keçir, ömrü çürüyür,

Adamın bəxtinə naşı düşəndə.

 ****

Gözəgörünməzdir verən qisməti,

Kimsə yox öncədən görən qisməti,

İnciyər bəxtindən, dərən qisməti,

Sevdiyi üzüyün qaşı düşəndə.

 ****

İsaməddin ömrü yaşadı hədər,

Arzusu, istəyi öldü nə qədər,

Özü bir karvana yük olub gedər,

Qəbirdə yatmağa yaşı düşəndə.

 

İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.

3 ŞƏRH

  1. Gəlin hamılıqla arzulayaq ki ,heç kimin bəxtinə naşı düşməsin.Hər kəsin ocağına yaxşı oğul , yaxşı qız , yaxşı xanım arzulayaq.Yazara da yaradıcılığında uğurlar arzulayaq

Şərh yaz

Please enter your comment!
Please enter your name here

five + ten =