Qanmaz qabağında söz demək olmur

0

dünyaSÖZ DEMƏK OLMUR…

Qananlar nə azdı bizim zamanda,

Qanmaz qabağında söz demək olmur,

Qaçqın-köçkün yurd dərdilə qırılır,

Daha üz utanır, “döz” demək olmur.

***

Bəzən meydan qalır bic əxlaqsıza,

Az qalır göylərdən yerə qan sıza,

Günün günortası gəlinə, qıza,

Vurur lotu-potu göz, demək olmur.

***

Buna necə dözsün qəlb, İsaməddin,

Düşürsə nəzərdən əxlaq, ədəb, din,

Gözün görə-görə namərdlər mərdin,

Basırlar köksünə köz, demək olmur…

***

İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru

Şərh yaz

Please enter your comment!
Please enter your name here

sixteen + seventeen =