Kəndəbil kəndinin komandası çempion oldu – FOTO

3
24

Zərdab-futbolZərdab rayonu Gəlmə kənd tam orta məktəbinin idman bazasında orta ümumtəhsil məktəblərinin VII sinifləri arasında “Coca-Cola” məktəbli kubokunun final mərhələsi keçirilib. Bu barədə Zerdab.com saytına Zərdab Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib. Qeyd edək ki, 20 noyabr 2013-cü il tarixdən start götürmüş yarışlarda 17 məktəb komandası mübarizə aparıb. Final mərhələsində I yerə Kəndəbil kənd tam orta məktəbin komandası, II yerə isə Zərdab şəhər 2 saylı tam orta məktəbin komandası layiq görülüb. Qaliblərə birgə layihənin hədiyyələri təqdim olunub. Rayonumuzda yarışların yüksək səviyyədə təşkil edilməsinə görə Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyevə Azərbaycan Futbol Federasiyası tərəfindən xüsusi hədiyyə təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyası və “Coca-Cola” şirkətinin birgə layihəsi olan məktəbli kuboku rayonumuzda Zərdab Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gerçəkləşib.

Zerdab.com

Zərdab-futbolZərdab-futbolZərdab-futbolZərdab-futbolZərdab-futbol4Zərdab-futbol

3 ŞƏRH

Comments are closed.