Zərdabın baş həkimindən açıqlama

2
61

Ruslan NemətovƏhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsi kampaniyası Zərdab rayonunda da uğurla davam etməkdədir. Mərkəzi rayon xəstəxanasının baş həkimi Ruslan Nemətov bildirib ki, indiyədək 29 min 224 nəfər zərdablı tibbi müayinədən keçib. Bu da ümumən müayinəyə cəlb olunması nəzərdə tutulan sakinlərin 70 faizini təşkil edir. Artıq 13 yaşayış məntəqəsində müayinələr başa çatdırılıb.
Qeyd edək ki, tibbi müayinə irəlicədən tərtib olunmuş qrafik əsasında mərkəzi xəstəxananın poliklinika şöbəsində, Məlikli, Körpükənd və Əlvənd kənd xəstəxanalarında, habelə 11 kənd həkim məntəqəsində aparılır. Ayrı-ayrı ixtisaslar üzrə formalaşdırılan təcrübəli həkimlərdən ibarət briqadalar da bu sahədə səmərəli fəaliyyət göstərirlər. İndiyədək tibbi yoxlamadan keçmiş sakinlərin 4012 nəfəri ambulator, 223 nəfəri stasionar müalicəyə cəlb olunub, 189 nəfər isə Bakı şəhərinin ixtisaslaşdırılmış tibb ocaqlarına göndərilib.
Zərdab sakinləri onların sağlamlıqlarının qorunması məqsədi daşıyan aksiyanın təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıq edir, bunu vətəndaşlara göstərilən diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirirlər. Rayon sakini Davud Vahidov özünün və ailə üzvlərinin fikrini ifadə edərək deyib:
-Doğrusu, səhhətimdə problem hiss etmədiyim halda həkimə gəlib yoxlamadan keçmək heç ağlıma da gəlmirdi. Yaranmış imkandan istifadə edərək, hamı kimi mən də hərtərəfli müayinədən keçdim. Artıq bunun sağlamlıq üçün vacib olduğunu anlayıram. Bizə belə bir şərait yaratdığına, qayğımıza qaldığına görə Prezident İlham Əliyevə ailəmiz adından minnətdarlığımı bildirirəm.

2 ŞƏRH

  1. biz hekim birqadasi yenede bir cox kendlere yolandiq .yenede Cenab Prezdentimizin serancami esasinda sizi tibbi muayineden kecirmeye yani sizi muayine etmeye gelmisik . onlar Cenab Prezdentimize derin minatarliqlarini ve tesekurlerini bildirdiler allah ondan razi olsun bizim qaydimiza qalir bizim saqlamliqimizi dusunur allah onun atasina rehmet elesin oda atasina layiq ovladdi

Comments are closed.