Qaya uçdu, Zərdabda tarixi maddi mədəniyyət nümunələri tapıldı

0
Zərdab

Gur-gurGur-gur (Qutluq Balıq) yaşayış yeri. Otmanoba kəndi yaxınlığında Gur-gur yaşayış yeri qeydə alınmışdır. Buradan üzərində dəvə təsviri olan saxsı nümunəsi maraq doğurur. Ərazi Əlvənd kəndinin 3 kilometrliyində yerləşir. Qaya uçqunu zamanı buradan saxsı nümunələri üzə çıxarılmışdır. Hətta uçqun zamanı 8 metr dərinlikdən də maddi mədəniyyət nümunələri əldə edilmişdir. Burada son dövrlərdə Kür çayı cəbuna doğru çəkilərək qismən yatağını dəyişmişdir. (1).

Elxanilərdən Keyxatu xan 1293-cü ildə Kür çayı sahilində Qutluq-Balıq adlı böyük bir şəhər inşa etməyə başlamışdı. Şəhər tikilərkən xanın özünün Dalan Navurda olduğuna əsasən, şəhərin Kürün şimal sahilində, adı çəkilən göllə Girdimançay arasında olduğu anlaşılır (8; 9). Fikrimizcə, bu şəhər Zərdab rayonunun Əlvənd kəndi yaxınlığında yerləşən Gur-gur yaşayış yeridir.

Əliyev Taleh Vasif oğlu

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, dissertant.

email: taleh.ali@mail.ru

Zərdab Zərdab

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × 5 =