Zərdabın Təzəkənd ərazisində III-VIII əsrlərdə yaşayış olub

0
39

ZərdabTəzəkənd yaşayış yeri. Zərdab rayonunun Təzəkənd ərazisindən təsərrüfat işləri zamanı keramika nümunələri əldə olunmuş, 2012-ci ildə isə yer şumlama prosesi zamanı kiçik küp qəbir də dağıdılmışdır. Qeyd etdiyimiz maddi mədəniyyət nümunələri kəndin əkin sahələrinin yerləşdiyi ərazidə, Zərdab – Dəli Quşçu yolunun sağ hissəsində üzə çıxarılmışdır (Tablo 6, 5). Boğaz hissəsi dar olan tayqulp qab isə son antik – ilk orta əsrlərin başlanğıcına aiddir. 2013-cü ildə aparılmış arxeoloji tədqiqatlar nəticəsində ərazidə III – VIII əsrlərdə yaşayışın olduğunu söyləyə bilərik.

Əliyev Taleh Vasif oğlu

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi

Zərdab