Zərdabda mal-qara oğrusu həbs olundu

0

Zərdab rayonunun Şəftəhal kənd sakini Cümşüd Kərimov həyətindən 2 baş inək oğurlandıqdan sonra Rayon Polis Şöbəsinə müraciət edib. Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxs, 27 yaşlı Elmin Xəlilov saxlanılıb. Elmin Xəlilov Cümşüd Kərimovun həmkəndlisidir. O, mal-qoyun almaq adı altında gündüz vaxtı kəndləri gəzərək həyətlərdəki heyvanları bələdləyib, gecə isə onları oğurlayıb.
Saxlanılan şəxs Zərdab rayonunun Şəftahal, Yarməmməd bağı və Otmanoba kəndləri ilə yanaşı, Kürdəmir və Ağcabədi rayonlarında da oğurluq edib. Elmin oğurladığı heyvanları özünə məxsus “QAZ-24” markalı avtomaşınla Ağcabədi rayonuna apararaq orada satıb. İstintaqı aparan müstəntiq Məsud Rəhimovun sözlərinə görə, ümumilikdə vətəndaşlara 4500-5000 manat ziyan vuran Elmin Xəlilov əməlindən peşman olduğunu bildirərək dəymiş
ziyanı ödəyəcəyini bildirib.
Qeyd edək ki, Elmin Xəlilov nişanlıdır və mal-qara oğurluğundan əldə etdiyi pulların bir hissəsini nişanlısına xərclədiyini bildirib. O, əvvəllər də AR CM-nin müvafiq məddəsilə məhkumluq həyatı yaşayıb. Elmin Xəlilovun törətdiyi cinayət əməlilə bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

10 − nine =