Ürəyimdə beş qadın var…

3
Zərdab Rayon Mədəniyyət Evinin bədii-rəhbəri Əliyev Əlniyyət
Zərdab Rayon Mədəniyyət Evinin bədii-rəhbəri Əlniyyət Əliyev
Zərdab Rayon Mədəniyyət Evinin bədii-rəhbəri Əliyev Əlniyyət
Zərdab Rayon Mədəniyyət Evinin bədii-rəhbəri Əlniyyət Əliyev

Əliyev Əlniyyət Məhəmməd oğlu. Zərdab rayon Xanməmmədli  kəndində  anadan olmuşdur. Bakı şəhəri Mədəni-Maarif  Texnikumunu bitirmişdir. 1977-ci ildə Zərdab şəhər  Zərdab Rayon Mədəniyyət Evinin bədii-rəhbəri vəzifəsində çalışır. Ailəlidir 3 övladı  var. Zerdab.com saytı həmyerlimizin “Ürəyimdə beş qadın var” adlı şeirini oxuculara təqdim edir.

– Ürəyimdə beş qadın var…

Biri anam – ürəyimdi.

Biri bacım – gərəyimdi.

Biri yarım – göyçəyimdi.

Biri qızım – çiçəyimdi.

Biri nənəm – kövrəyimdi.

 

– Ürəyimdə beş qadın var…

Anam mənə həyat verib,

Onu həyatım bilmişəm.

Bacım mənə hörmət edib,

Bacıma qiymət vermişəm.

Sevgilimdə vəfa görüb,

Hər sözünə can demişəm.

Qızım sevgidən doğulub,

Evimdə mələk görmüşəm.

Nənəm mənə nağıl deyib,

Nağılıyla bəslənmişəm.

 

-Ürəyimdə beş qadın var…

Anam mənə öyüd verib,

Öyüdüylə ucalmışam.

Bacım mənə dua edib,

Xoş günlərə tuşlanmışam.

Eşqi mənə şərbət olub,

Yar əlindən cam almışam.

Allah mənə pay göndərib,

Qız payından xoşlanmışam.

Dərd – qəmimi tora salıb.

Nənəm ilə dost olmuşam.

 

-Ürəyimdə beş qadın var…

Anam mənim şirin röyam.

Lay-lay deyə mən də uyam.

Bacım mənim abrım-həyam.

Xoş sözündən çətin doyam.

Sevgilim də vüsal payım,

Səadətim,qəlb harayım.

Qızım üçün mən atayam,

Can istəsə mən qıyaram.

Hər bir sözünün quluyam.

Nənəm qəlbin gərək duyam.

-Ürəyimdə beş qadın var…

Anamdır dinim imanım.

Xoş səhərim, xoş sabahım.

Bacım əzəldən yananım.

Dərdi-sərimə qalanım.

Sevgilim də can dərmanım.

Belə yara qurban canım.

Qızım mənim tar-kamanım.

Toy-büsatım,şən əhvalım.

Nənəm deyir: balalarım,

Olmasın sizsiz bir anım.

 

– Ürəyimdə beş qadın var…

Anam mənim iki gözüm,

Ona qurban olum özüm.

Bacım mənim haqlı səsim,

Niyə olmasın əzizim?

Sevgilim də həzin nəğməm,

Başqa mahnı bəsləmirəm.

Nur paylayır ay-ulduzum,

Hər kəlməsi şəkər qızım.

Nənəm mənim şəriyyətim,

Sonsuz olan hekayətim.

 

– Ürəyimdə beş qadın var…

Səadətlə bir olsunlar.

Gözəl ömür yaşasınlar.

Hamısına ünvanlanıb,

Qəlbimdəki bu arzular.                                 

3 ŞƏRH

  1. Butun Mədəniyyət evinin iş kollektivi və öz adımdan Əlniyyət müəllimə uzun ömr can sağlığı arzulayıram. Biz sizinlə fəxr edirik. Hörmətlə: Mədəniyyət evi kollektivi və Nigar Əlifi

  2. Əlniyyət dayı sənin bu şeirin çox xoşumuza gəldi. ALlah sənə uzun ömür can sağlığı versin. Çox sağol

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven − 9 =