Zərdabda fermerlərə 9 yeni kombayn verildi

0
23

kombayn“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Zərdab aqroservis filialında Almaniya və Finlandiya istehsalı olan kombaynların fermerlərə təqdim olunması münasibətilə mərasim təşkil olunub.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov müasir texnika alan məhsul istehsalçılarını təbrik edib. Bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyi Zərdab rayonunda da öz müsbət nəticələrini göstərir. Əkin dövriyyəsinin və taxıl istehsalının, toxumçuluq təsərrüfatlarının ilbəil artması, müasir kənd təsərrüfatı texnikalarının alınması bu qayğının bariz nümunəsidir. Qeyd edib ki, ötən il Zərdabda 47097 ton taxıl istehsal olunub. Bu 2012-ci illə müqayisədə təxminən 9 min ton artıqdır. 2014-cü ildə isə 18034 hektarda arpa və buğda əkilib. Sahələrə mineral gübrələr verilib, zəruri aqrotexniki qulluq göstərilib. Müsbət haldır ki, bu il də bol məhsul gözlənilir. Zərdabda aqroservis filialı üçün anbar, talvar, təmir sexi və inzibati binadan ibarət kompleksin yaradılması, eləcə də 9 ədəd yeni kombaynın fermerlərə verilməsi taxıl yığımına öz mühüm töhfəsini verəcək.
Mərasimdə Zərdab aqroservis filialının müdiri Həmzə İsayev məlumat verib ki, bu il taxıl istehsalçılarının bütün müraciətlərinə müsbət cavabın verilməsi üçün zəruri tədbirlər görülüb.
Sonra rayon ictimaiyyətinin nümayəndələri yeni alınan texnikalar baxış keçiriblər. Almaniya və Finlandiya istehsalı olan kombaynların texniki imkanları barədə ətraflı məlumat verilib.
Zərdablı fermerlər hər cür diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq ediblər.

Zərdab Rayon İcra Hakimiyyəti