TQDK Zərdabda sınaq imtahanı keçirəcək

0
35

TQDK Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən Zerdab.com-a verilən xəbərə görə, imtahan  Zərdab şəhərlərində də təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və abituriyentlər qeydiyyatdan keçiblər. İmtahan binalarına buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Zerdab.com