Zərdabda qeyri-adi nikah mərasimləri – FOTOLAR

17
33

Nikah ZərdabZərdabda yeni evlənən 2 cütlüyün təşəbbüsü ilə nikahları Heydər Əliyev Mərkəzində qeydiyyata alınıb.

Nikah ZərdabÖncə cütlüklər Amil Əhmədov və Aygün Məmmədova, eləcə də Raman Həsənov və Sünbülə İsazadə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyublar.

Nikah ZərdabDaha sonra Heydər Əliyev Mərkəzində ümummilli liderimizin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olublar.

Nikah ZərdabVətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Zərdab şöbəsinin əməkdaşları hər iki cütlüyün nikahını rəsmiləşdirərək, şəhadətnamələri onlara təqdim ediblər.

Nikah ZərdabNikah ZərdabRayon İcra Hakimiyyətinin rəhbərliyi adından yeni ailələrə və onların valideynlərinə göz aydınlığı verilib, qiymətli hədiyyələr təqdim olunub.

Nikah ZərdabBildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev daim milli-mənəvi dəyərlərimizə, minilliklərdən süzülüb gələn ailə ənənələrimizə yüksək qiymət verib. Azərbaycan gəncliyinin inkişafına həmişə qayğı göstərib. Ona görə də Heydər Əliyev Mərkəzində nikahları rəsmiləşdirilən gənclər sağlam və nümunəvi ailə qurmaqla cəmiyyət qarşısında öz vəzifələrini ləyaqətlə yerinə yetirməlidirlər. Cütlüklər şirinlik əlaməti olaraq hazırlanmış tortu kəsiblər.

Nikah ZərdabGənclər yeni nəslin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər. Yeni ailə qurmağa hazırlaşan gənc oğlan və qızları nikahlarının məhz Heydər Əliyev Mərkəzində qeydiyyata alınmasına səsləyiblər.

Nikah ZərdabYeni evlənən gənclər vağzalı sədaları altında Heydər Əliyev Mərkəzindən toy məclisinə yola salınıblar.

Zərdab Rayon İcra Hakimiyyəti

17 ŞƏRH

  1. Bey ve gelinin valdeyinleri adindan bu gozel tetbirin kecirilmesinde olke bascisi cenab Ilham Eliyeve ve Rayon icra bascisina oz minnetdarliqlarini bildirirler.E.Memmedov

  2. Tebrik edirem. Esl gencler aile nigahin nece oldugunu nece qurmaq lazimdir ve nece deyerlendirmek lazimdi yaxsi bililer. Ulu onderimizin heykelini ziyarat ediller, onun onune ekli qoymasi ,bu ozu qeyri adilik tariximizi azerbaycan tarixini qoruyub yasatmaq gerek.Her bir genclerin yeqin ki ,arzulari beledir.Arulayiram ki, hemise bele ola.Berke o zaman xoshbext olar genclerimiz .And yeri, guman yeri, tariximizi yasadan ulu ondertimizin ziyaratkahi abidesi.

  3. HELE NIGAHLARIN HEYDER ALIYEV MERKEZINDE QURULMASI ESL XOSBEXTLIK REMZIDIR SEVIN SAYIN SECILIN BEXTEVERLER BEXTEVERI OLUN

  4. Unutmayın ki, paylaşdıqca çoxalan tək şey sevgidir.Evlilik kimi bir nöqtəylə əbədiləşdirdiyiniz sevginizinin həmişə çoxalmasını diləyirəm.

  5. Allah xoşbext eylesin bu qoşa cütlüyü men de öz adından tebri kedirem

  6. Allah xowbext elesin her iki cutluyu
    hec vaxt heyat yollarinda budremesinler

Comments are closed.