Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

1
39

Zərdab rayon Heydər Əliyev MərkəziZərdabda “Zərifə Əliyeva-insanlara nur bəxş etmiş mələk” adlı tədbir keçirilib

Zərdab rayon Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyinə həsr olunmuş “Zərifə Əliyeva-insanlara nur bəxş etmiş mələk” adlı tədbir keçirilib.

Zerdab.com saytına verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə Zərifə xanımın həyatını və elmi fəaliyyətini əks etdirən foto, kitab sərgisinə baxıblar.

Daha sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad edib, Zərifə xanım Əliyeva haqqında filmə baxıblar.

Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova giriş sözü ilə açaraq qeyd edib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 91 illik yubileyi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elmi tarixində ayrıca bir mərhələ təşkil edir, elmi fəaliyyəti çox zəngin və əhatəli olub.

Tədbirdə çıxış edənlər Zərifə xanımın tibb elmindəki nailiyyətləri ilə bərabər, həm də sədaqətli ömür-gün yoldaşı, gözəl ana olmasından bəhs ediblər. Qeyd olunub ki, həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, ailə üzvlərinə qarsı səmimiliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.

Tədbiri Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev məktəbinin şagirdləri davam etdiriblər.

Qeyd edək ki, Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.

Zerdab.com

1 comment

  1. Gorkemli oftomoloq gozel insanlara nur bexs eden melek gozel ana gozel xanim hekim Zerife Aliyevanin bu gun anim gunudur allah rehmet elesin onun haqinda cox sozler demek olar Zerife xanim
    Aliyeva ele bir hekim olub ki insanlardan orturu canini qanini esirgemeyib oz savadi biliyi ile hekimlik mesuliyeti ile sefali elleri ile insanlara nur bexs edib insanlara isik verib heyatin gozel oldugu oz gozleri ile gorsunler insanlar yasasin qaranliq dunyaya mehkum olmasin

Comments are closed.