“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiya işıq üzü gördü

13
70

Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu      Bir müddət öncə Zerdab.com saytında kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Eldəniz Əli oğlu Həsənovun“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiya üzərində işlədiyi barədə məlumat vermişdik. Qeyd etmişdik ki, Həsən bəy Məlikov Zərdabinin anadan olmasının 170 illiyinə həsr olunmuş “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyada gərgin zəhmət tələb edən çoxillik tədqiqatlar, müəllifin əldə etmiş olduğu bilgilər, arxiv sənədləri əsasında ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib edilib.

Eyni zamanda bildirmişdik ki, faciəli, məşəqqətli sürgün həyatı yaşamış, repressiyanın qurbanlarına çevrilmiş Zərdabi nəslinin nümayəndələrinin, həmçinin böyük Məlikovlar nəslinin onlarla nümayəndəsinin həyatından bu gün də xəbərsizik. Ayrı-ayrı yerlərə sürgün olunan və sürgün həyatını başa vurduqdan sonra müxtəlif regionlarda məskunlaşan, Məlikovlar nəslinin nümayəndələrinin əksəriyyəti bu günün özündə də bir-birilərindən xəbərsizdirlər.

Müəllifin özünün qeyd etdiyi kimi, onun Zərdabi yurdunun övladı olaraq, son 30 ildən bəri müddət ərzində Zərdabi nəslinin nümayəndələri ilə olan mütəmadi görüşləri, əlaqə saxlaması “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanın ərsəyə gəlməsində böyük əhəmiyyət kəsb etmişdir.

Monoqrafiyada Zərdabi ocağından çıxanların, ümumilikdə bu nəslin başına gətirilən və zaman-zaman yaddaşlara həkk olunan ağrı-acılardan və iztirablardan bəhs olunur, onların millət yolunda qurban getmiş həyatı işıqlandırılır, xalqımıza çatdırılır.

Kitab çapa gedənədək professor Eldəniz Həsənov Zerdab.com saytı vasitəsilə Zərdabi irsi ilə məşğul olan Zərdabisevərlərə, Zərdabişünaslara, Zərdabi nəslinin nümayəndələrinə müraciət etmişdi. Bildirmişdi ki, əgər bu mövzu ilə bağlı bilgiləri və yaxud da hansısa iradları varsa, bu sayt vasitəsi ilə bildirsinlər. Müəllif bu məqsədlə Zərdabi nəsli barədə əldə etdiyi bilgiləri şəcərə ardıcıllığı üzrə Zerdab.com saytı vasitəsilə oxucularının diqqətinə çatdırmışdı.

Bu günlərdə sevindirici bir xəbər almışıq. Belə ki, səbirsizliklə gözlədiyimiz an gəlib çatdı: “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı kitab artıq çap olunmuşdur.

Kitabda Zərdabişünas Eldəniz Həsənovun gərgin zəhmət tələb edən çoxillik tədqiqatları, əldə etmiş olduğu bilgilər, arxiv sənədləri əsasında ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi verilmişdir. O, tərtib etdiyi şəcərədə həyatları əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhini vermiş, eyni zamanda Zərdabinin, Zərdabi ocağından çıxanların o zaman xalqının tərəqqisi, rifahı naminə gördükləri elmi-təcrübi işləri, ideyaları, tövsiyələri, xeyriyyəçilik hərəkatını diqqətə çatdırmış və bu işlərin müasir dövrdə böyük aktuallıq kəsb etməsindən, müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməsindən söhbət açmışdır.

Xalqının, el-obasının zülmət içərisində boğulduğu bir vaxtda ona yol göstərən, millətin mənəvi atası, millət fədaisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının banisi, milli teatrın və milli mətbuatın banisi, Azərbaycan xalqının ilk ali təhsilli müəllimi, dövrünün və bu günümüzün dahi şəxsiyyəti, ensiklopedik bilik sahibi Həsən bəy Zərdabi ailəsinin, eyni zamanda onun nəslindən olan insanların keşməkeşli həyat yollarından bəhs edən bu monoqrafiya, təbii ki, təkcə Zərdabi nəslinin, Azərbaycan xalqının nümayəndələri üçün deyil, bütövlükdə dünya azərbaycanlılarının hər birinin yaddaşına həkk olunacaq tarixi bir əsər nümunəsidir.

Müəllifin “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı şah əsərinin elmi redaktorları tanınmış elm adamları, filologiya elmləri doktoru, professor Jalə xanım Əliyeva, fəlsəfə elmləri doktoru, professor, Zərdabişünas İzzət Rüstəmov, rəyçiləri tibb elmləri doktoru, akademik Böyükkişı Ağayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona xanım Vəliyeva, tarix elmləri doktoru, professor İsmayıl Əliyev, coğrafiya elmləri doktoru, professor Bəhruz Şəkuri, redaktoru filologiya elmləri doktoru, professor İfrat xanım Əliyevadır.

Qeyd edək ki, monoqrafiyanın çapına maliyyə dəstəyi “Garant Holding” MMC-nin Direktorlar Şurasının sədri Anar Ziya oğlu Məmmədov tərəfindən göstərilib.

Yaxın günlərdə “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı kitabın möhtəşəm təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Təqdimat mərasimində millət vəkilləri, tanınmış jurnalistlər, ölkənin tanınmış alim və ziyalıları, elm, incəsənət, mədəniyyət xadimləri, Zərdabi nəslinin xaricdə və ölkəmizdə yaşayan nümayəndələri, eləcə də xalqımızın digər ziyalıları iştirak edəcəklər.

Biz də öz növbəmizdə dəyərli Azərbaycan ziyalısı, professor Eldəniz Həsənovu bu möhtəşəm monoqrafiyanın çapı, işıq üzü görməsi münasibəti ilə təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.

Zerdab.com

13 ŞƏRH

  1. Hormetli Eldeniz muellim!
    Azerbaycanln milli metbuatlnln banisi gorkemli ictimai xadim,tebietsunas alim Hesen bey Zerdabi irsinin (seceresinin)arasdldllmaslnda gorduyunuz isler o, cumleden ‘Kecmekeli heyat yolu’ kitablnln islq uzu gormesi munasibetile ailemiz adlndan zize tesekkurumi bildirirem.
    Butun zerdabiseverlere uzaq yaxln qohumlara bir aqsaqqal kimi gozaydlnllql verirem,dunyadan kocen butun nesil-necabetin ruhu sad olsun.

  2. Eldeniz muallim, bir daha tebrik edir edirem! Monoqrafiyanin bir hiissesini oxudum, qalan hissesini de sehifeledim (yaxin gunlerde tam oxuyacam). Heqiqeten cox boyuk sebr, inad, hovsele teleb eden bir ishin ohdesinden gelmisiniz. Bunun uchun erkim catan butun insanlar adindan, Esed bey Melikov neslinin hazirda yasayan butun numayendeleri adindan oz teshekkurumu Size bildirirem. Monoqrafiya yazilan dovrde mueyyen temaslarimiz olub ve semimi deyirem: BIYUK ZEHMET BAHASINA BASHA GELIB BU MONOQRAFIYA. Mence bu zehmete deyen bir netice alinib. Hemishe zehmetinizin xeyirli neticesini goresiniz, Eldeniz muallim!
    Bir daha tebrik edir ve yeni- yeni ugurlar arzulayiram!

  3. COX GOZEL VE MARAQLI VE COX DEYERLI KITABDI BU KITABI YAZANA OZ TESEKKURUMU VE MINETDARLIGIMI BILDIRIREM

  4. cox sevindik bele kitab isiq uzu gorub ve orada ISAYEVLER neslinin adlarida qeyd olunub bu kitabi nesr edene oz minetdarligimizi bildiririk

  5. Hörmətli Eldəniz müəllim !Sizin milli mətbuatımızın banisi,görkəmli ictimai xadim, təbiətşünas alim Həsən bəy Zərdabi irsinin araşdırılmasında gördüyünüz işlər məni bir Zərdablı kimi mənən ruhlanırır.Sevinirəm ki,Zərdabi yurdunun sizin kimi övladları var.Sizin bu günlərdə ” Həsən bəy Zərdabi irsi :Keşməkeşli həyat yolu ” adlı monoqrafiyanız işıq üzü görüb.Bu münasibətlə sizi təbrik edirəm.Sizə həyatın ən gözəl neməti can sağlığı,yaradıcılığınızda yeni uğurlar arzulayıram. Biz zərdablılar sizinlə fəxr edirik.

  6. Çox hörmətli professor ,əziz Eldəniz müəllim Həsənov ! Sizi Həsən bəy Zərdabinin ən dəyərli tədqiqatçılarından olan bir alim kimi çox yüksək qiymətləndirirəm .Və Sizin əsərlərinizi oxuduqca Həsən bəy Zərdabinin dəyərini ən dərin qatlarına qədər anlaya bilirəm . Bu , hər şeydən əvvəl Sizin araşdırmalarınızın daha oxunaqlı olması ilə bağlıdır. Möhtərəm professor ,bu gün Sizin yenicə çapdan çıxmış ” Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu ” adlı gözəl tərtibatlı kitabınız mənə gəlib çatdı .Ürəkdən şadam ki,bu kitabı öz dəsti-xəttinizlə yazaraq mənə bağışlamısınız.Bu kitabı sevə-sevə oxuyaraq mən də öz qeydlərimi edəcəyəm. Təkrar təşəkkür edirəm .Allah Sizi qorusun !

  7. Hörmətli Eldəniz müəllim! Dahi müttəfəkkir, təbiətşünas alim, maarifçi, dövrünün təbiətşünas-torpaqşünası, indiki dövrdə isə görkəmli ekoloq sayılan Həsənbəy Zərdabi haqqında yazdığınız növbəti kitabınız çox xoşuma gəldi və Sizin əməyinizi və bu yoldakı fədakarlığınızı yüksək qiymətləndirir və Sizə dərin təşəkkürümü bildirirəm.

  8. ELDENIZ MUELLIME MINNETDARIQ!!! ,
    AZERBAYCANIN GORKEMLI ZIYALILARINDAN OLAN HESEN BEY ZERDABI HAQDA YENI MONOQRAFIYASI ISHIQ UZU GORDU VE BU MONOQRAFIYADAN DA BEHRELENMEK ,ISTIFADE EDIB GORKEMLI KLASIK ISLAM DUNYASININ ILK TEBIETSHUNAS ALIMI AZERBAYCAN DILINDE ILK TEATR TAMASHASI GOSTEREN MEDENIYYET XADIMIMIZI AZERBAYCAN METBUATININ BANISI HESENBEY ZERDABI HAQDA DAHA ETRAFLI INFORMASIYA ELDE ETMEK IMKANIMIZ OLACAQ.
    ELDENIZ MUELLIM SIZEDE UGURLAR ARZU EDIRIK.

  9. Hormetli dostum qardasim Eldeniz muellim, sizin Azerbaycanda milli teatrin, milli metbuatin yaradicisi ,gorkemli pedaqoq ,maarifci ,ictimai xadim ,tebietsunas alim Hesen bey Zerdabinin heyat ve fealiyyeti haqqinda uzun iller gergin ,yorulmaz tedqiqatlariniz neticesinde erseye getirdiyiniz ‘Hesen bey Zerdabi irsi , kesmekesli heyat yolu monoqrafiyanizin isiq uzu gormesi munasibeti ile dost tanislar ve butun qohum -eqraba adindan semimi qelbden tebrik edirem ,uzun omur ,can saqliqi , gelecek yaradiciliq fealiyyetinde yeni -yeni uqurlar arzulayiram Men sahid olduqum ucun eminlikle deye bilerem ki siz heyatinizin son 20 ilini mehz Hesen beyin heyati ve fealiyyeti,elmi nailiyyetleri ,irsi,kesmekesli heyat yoluna hesr etmisiniz xususi ferehlendieici haldir ki ,mehz Zerdabi yurdunun ovladi olaraq bele cetin mesuliyyetli ve serefli isi siz uzerinize goturmusunuz Tebii ki , butun bunlar milletin menevi atasi olan Zerdabi sexsiyyetine derin hormet ve mehebbetin tecessumunden ireli gelen hisslerdir Eldeniz muellim, yolunuz aciq isleriniz uqurlu ureyiniz ferehle dolu olsun

  10. Hörmətli Eldəniz muəllim sizə minnətdariq!Cox saq olun !Sizin ulu babamiz Həsən bəy Zərdabi haqqindaki araşdirmalariniza görə, qohumlarin hamisini tapib uzə cixardiqiniza ğörə, ailəmiz adindan sizə təşəkkur edirəm.BU cətin işin aqirliqina baxmayaraq siz bu işi uqurla başa catdirdiniz.Cox saq olun. Sizə işinizdə uqurlar həyatda ən ğözəl nemət olan can saqliqi arzulayiram. Dunyasini dəyişən qohumlarin ruhu şad olsun,qalanlara ALLAH can saqliqi versin.

Comments are closed.