Zərdabda keçiriləcək buraxılış imtahanının vaxtı açıqlandı

0
26
TQDKAzərbaycanın keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də , 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da olacaq.

Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 20-də keçiriləcək.

Buraxılış imtahanları iyunun 8-də Azərbaycan bölməsinin məzunları üçün Bakı, Sumqayıt, Abşeronda olacaq. Eyni zamanda, həmin gün Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Zaqatala, Xaçmaz, Balakən rayonlarının rus bölməsi məzunları imtahan verəcəklər.

Beləliklə, buraxılış imtahanları iyunun 8-də Bakı, Sumqayıt, Abşeron, Rus bölməsi (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala və Balakən), iyunun 13-da Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan, Xocavənd, iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Göyçay, Tərtər, Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan və Şimal rayonlarında, iyunun 24-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Zaqatala, Mingəçevir keçiriləcək.

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı II və III qruplar üzrə mayın 11-də, I və IV ixtisas qrupları üzrə isə mayın 18-də baş tutacaq.

Zerdab.com