“Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinə minnətdarıq”

1
28

Kiçik qızım beyin iflicindən əziyyət çəkirdi və maddi imkanım olmadığından qızımı müayinə etdirə bilmirdim. Yardım üçün bəzi təşkilatlara müraciət etsəm də, nəticə yox idi. Bu sözləri “Əkinçi”yə açıqlamasında Zərdab şəhər sakini Afət Əzizova səsləndirib: “Nəhayət, bir gün Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinə müraciət etdim, problemimi mərkəzin əməkdaşlarına danışdım. Metodist Nərgiz xanım məni diqqətlə dinlədi və qızımı müayinə etdirmək üçün səlahiyyətləri çərçivəsində köməklik göstərəcəklərini bildirdi. Bir neçə gün sonra Zərdab uşaq və ailələrə dəstək mərkəzinin dəstəyi ilə məni və qızımı rayon mərkəzi xəstəxanasında müayinə edərək, bizi güzəştli göndərişlə Bakı şəhərinə müayinəyə göndərdilər. İndi qızımın və mənim səhhətim çox yaxşıdır. Buna görə də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənovaya və mərkəzin bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.
www.zerdab.com

1 comment

Comments are closed.