Göyçayda qeyri-adi hadisə-FOTO

0

Göyçay rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, rayonun Bığır kənd dini icmasının sədri Əliyusif Həsənov həyətində bəslədiyi toyuqlardan birinin qeyri-adi yumurtası olduğunu müşahidə edib.
Ə. Həsənov bildirib ki, başqalarından fərqli olaraq, həmişə çox kiçik yumurtaları olan bir toyuğun bu dəfə Novruz butası şəkilində yumurtlaması hamını heyrətləndirib. Ev sahibi bunu “Allahın möcüzəsi” adlandırıb və Bığır kənd məscidində qorunub saxlanılan yumurtaya baxanların həddən çox olduğunu bildirib. Kənd sakinləri ilk dəfədir ki, bu cür qeyri-adi yumurtanın şahidi olduqlarını bildiriblər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × 4 =