Dövlət Sosial Müdafiə Fondunun sədri Zərdaba gəlir

0
37
Elman Mehdiyev
Elman Mehdiyev

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Zərdabda vətəndaşlarla görüşəcək. DSMF-dən Zerdab.com saytına verilən məlumata görə, E. Mehdiyev mayın 21-də fondun Zərdab rayon şöbəsinin inzibati binasında Zərdab, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Xocavənd, Xocalı, Laçın, İmişli və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbulda iştirak edəcək vətəndaşlar mayın 21-də qurumun müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Zərdab rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nın info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34; Zərdab rayon şöbəsində (0202) 96-52-32 Ağcabədi rayon şöbəsində (0212) 75-18-10 Bərdə rayon şöbəsində (02020) 5-09-74 Tərtər rayon şöbəsində (02632) 5-02-28 Ağdam rayon şöbəsində (02227) 5-15-13 Beyləqan rayon şöbəsində (02122) 5-13-31 Xocavənd rayon şöbəsində (02122) 3-52-17 Xocalı rayon şöbəsində (02224) 7-44-14 Laçın rayon şöbəsində (02127) 7-84-29 İmişli rayon şöbəsində (02124) 6-40-42 Füzuli rayon şöbəsində (02631) 5-55-23.