Zərdabın Gödəkqobu kəndində bıçaqlanma olub

0
28

bıçaqlanmaZərdab sakini həmkəndlisini bıçaqlayıb. Zerdab.com saytının APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Gödəkqobu kəndində baş verib. Gödəkqobu kənd sakini, 18 yaşlı Şırxanlı Şirxan Namiq oğlu aralarında baş verən münaqişə zamanı həmkəndlisi, 22 yaşlı Əzimzadə Seyran Seymur oğlunu bıçaqlayıb. Yaralı təcili olaraq Zərdab Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Zerdab.com