İsaməddin Əhmədov: “Qardaş, tamarzısan yurda, vətənə”

1
32
Laçın rayonu
Laçın

AĞLAMA

Zərdabda məskunlaşan şair dostum Laçınlı Tapdıq Qorçuluya.

Qorçulu, dünyanın döz möhnətinə,

Ovsa da içini dərd-qəm, ağlama,

Heç dözə bilmirəm yad töhmətinə,

Sən də edib mənə sitəm, ağlama.

***

Qardaş, tamarzısan yurda, vətənə,

Nadandan, naşıdan görürsən tənə,

Mənə dəyən təpik dəyibdir sənə,

Sataşır qəribə yetən, ağlama.

***

Laçınsız qalandan Laçın yuvası,

Dolaşır başımda Qırxqız havası,

Qantəpər, baldırğan dərdlər dəvası…

Olubdu dağlarda həşəm, ağlama.

***

Dərdli ürəyimə bir dərd də enib,

Yurda köç etməyə ümidim sönüb,

Amma bir yaz günü bir gülə dönüb,

Olar, Dəlidağda bitəm, ağlama.

***

Laçının dağları başı dumanlı,

Torpağı yaralı, çiçəyi qanlı,

İsaməddin özü şahiddi canlı,

Ağlayır əlində qələm, ağlama.

 

İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.

1 comment

  1. Allahdan size can sagligi islerinizde ugurlar konlunuze uca Allahdan huzur dileyirik.Inaniriq ki bir gun gelecek Tanri bizi sevindirecek basimizin uzerindeki qara buludlari cekecek.

Comments are closed.