Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponat bağışlandı

1
44

Zərdab Rayon Tarix Dİyarşünaslıq MuzeyiZərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylər tariximizi yaşadır” adlı tədbir keçirildi. Tədbiri muzeyin direktoru Şahnaz Mustafayeva açaraq qonaqları salamladı və muzey işçilərini 18 may “Beynəlxalq Muzeylər Günü” münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, Azərbaycan qədim və  özünəməxsus mədəniyyətə malik bir ölkədir. Mədəni irsin qorunması hər bir dövlətin apardığı siyasətin tərkib hissəsidir. Bu sahədə mühüm rolu – bu irsi mühafizə edən və bilikləri yayan muzeylər oynayır. Muzeyin işçiləri Şəlalə Əliyeva və Aybəniz Abdullayeva Zərdab rayonunun tarixi, aparılan arxeololi tədqiqatlar haqqında maraqlı çıxışlar etdilər. Tədbirdə Şəhər 1 saylı  və 2 saylı məktəblərin şagirdlərinin ifasında tarixi abidələrimiz haqqında maraqlı şeirlər söyləndi. Zərdab şəhər Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Həsən Bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova, Veteranlar klubunun direktoru S. Mürsəliyeva, Mədəniyyət evinin direktoru E. Məmmədova, Mərkəzi Kitabxana Sisteminin işçisi Ofeliya xanım və muzey işini çox sevən rayon sakini, gənc mütəxəsis Aynurə xanım və “Əkinçi” qəzetinin əməkdaşı Ələkbər Kərimov çıxış edərək muzeyin əməkdaşlarını Muzeylər günü və Tarix Diyarşünaslıq Muzeyinin fəaliyyətinin 30 illiyi münasibəti ilə təbrik etdilər. Muzeyin foyesində keçmişimizdən bəhs edən sərgi təşkil olundu. Rayon sakinləri Mirvari və Aynurə xanım muzeyə eksponat hədiyyə etdilər. Tədbirin sonunda xatirə fotoları çəkildi.  

Zərdab Rayon Tarix-Diyarşünaslıq MuzeyiZərdab Rayon Tarix Dİyarşünaslıq MuzeyiZərdab Rayon Tarix Dİyarşünaslıq MuzeyiZərdab Rayon Tarix Dİyarşünaslıq MuzeyiZərdab Rayon Tarix Dİyarşünaslıq Muzeyi

1 comment

  1. Əziz bacım sənin kimi fədakar muzey işçisinə eşq olsun.O boyda tədbiri bu kiçik salonda necə keçirmisən? Afərin sənə,sənin işçilərinə.Gec de olsa Səni və muzeyin bütün əməkdaşlarını May ayında olan bütün bayramlar münasibətilə ürəkdən təbrik edirəm.Can saglıfı və dözüm arzu edirəm.

Comments are closed.