“ANS” telekanalında yayımlanan “Xalqın artisti” musiqili yarışmasında Zərdab rayonunu təmsil edən gənc ifaçı Ülvi Paşazadə mayın 22-də, saat 22:00-da növbəti dəfə duelə çıxacaq. Bu barədə Zerdab.com saytına Ülvi Paşazadə özü məlumat verib. Ülvi Paşazadə həmyerlilərimizdən ona yarışmada dəstək olmalarını xahiş edib. Bildirək ki, həmyerlimizə dəstək olmaq üçün mesaj yerinə “Yarım final” yazıb 1 səs üçün – 8778 nömrəsinə, 10 səs üçün – 8537 nömrəsinə, 50 səs üçün – 9437 nömrəsinə SMS göndərə bilərsiniz. Həmyerlimizə uğurlar arzulayırıq.
Zerdab.com