“Zərdabinin şəcərəsi ilə bağlı monoqrafiya marağa səbəb olub”

0
Həsən bəy Zərdabi

Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yoluHörmətli həmkarım Eldəniz müəllim!

Mən, ensiklopedik bilik sahibi olmuş Həsən bəy Zərdabinin həyatı və yaradıcılığına bələd olan, araşdırmalar aparan tarixçi alim kimi və eyni zamanda “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanızın rəyçilərindən biri kimi belə bir dəyərli, elmi-tədqiqat əsərini ortaya qoyduğunuz üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.
Eldəniz müəllim, biləsiniz ki, Siz belə bir ağır yükün altına girəndə, bu mövzu üzərində işləməyə başlayanda mən özümdə əminlik tapmışdım ki, bu işin öhdəsindən layiqincə gələcəksiniz. Elə də oldu. Çünki belə bir ağır və şərəfli işin öhdəsindən Həsən bəy Zərdabinin çoxsahəli yaradıcılığını, onun elmi irsini dərindən bilən Zərdabişünas, Zərdabisevər, fundamental tədqiqatçı alim gələ bilərdi.
Zərdabinin elmi irsi ilə məşğul olan Zərdabişünaslar, ölkənin alim və ziyalıları ilə təmasda olmağınız, Zərdabi nəslinin yaşlı nümayəndələrini arayıb-axtarmağınız, tarixi-arxiv sənədlərinə istinad etməyiniz və nəhayət gərgin zəhmət tələb edən çoxillik tədqiqatlarınızın nəticəsində əldə etmiş olduğunuz bilgilər əsasında Azərbaycanda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsini tərtib etmiş oldunuz.
Eyni zamanda tərtib etdiyiniz şəcərədə qeyd olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhini verməyiniz, Zərdabinin, Zərdabi ocağından çıxanların o zaman xalqının tərəqqisi, rifahı naminə gördükləri işləri, irəli sürdükləri ideyaları, tövsiyələri, xeyriyyəçilik hərəkatını diqqətə çatdırmağınız tarixin açılmamış səhifələrdən xəbər vermiş oldu.
Odur ki, belə bir tarixi monoqrafiyanız həqiqətən də, ölkə ictimaiyyətinin, alim və ziyalılarımızın böyük diqqətinə, dəyərinə, marağına, alqışına və eyni zamanda dahi mütəfəkkir Həsən bəy Zərdabi nəslinin ölkənin müxtəlif regionlarında, həmçinin xarici ölkələrdə yaşayan nümayəndələrinin böyük sevinc və marağına səbəb olmuşdur.
Eldəniz müəllim, mən də tarixçi alim, Zərdabisevər, Zərdabi yurdunun doğma övladı olaraq, belə bir tarixi monoqrafiyanızın işıq üzü görməsi münasibətilə bir daha Sizi təbrik edir, Sizə möhkəm can sağlığı, yaradıcılığınızda yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,
Tarix elmləri doktoru, Bakı Dövlət
Universitetinin professoru, Hacı İsmayıl
Məmmədov

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 + 15 =