Avtomobil qəzasında 2 körpəsini itirən ailənin qohumundan yeni faktlar

10
35

ZerdabKürdəmir rayonunda ağır avtomobil qəzasının baş verməsi barədə Zerdab.com saytında APA-ya istinadən xəbər vermişdik. Qeyd etmişdik ki, hadisə mayın 19-da səhər saat 8:00 radələrində Kürdəmir-İmişli yolunda qeydə alınıb. Belə ki, Zərdab rayon sakini, 1986-cı il təvəllüdlü Zalov Akif İmran oğlunun idarə etdiyi “Opel” markalı minik maşını sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq körpünün üstündən su kanalına düşüb.

Hadisə nəticəsində sürücü Akif Zalov və həyat yoldaşı, 1989-cu il təvəllüdlü Zalova Səbinə Yusif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onların iki azyaşlı övladı – 2010-cu il təvəllüdlü Nərgiz Zalova və 2011-ci il təvəllüdlü Rüfət Zalov dünyası dəyişib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə ilə bağlı Zerdab.com saytında yayımlanan xəbərə şərh yazan – qəzaya uğramış ailənin yaxın qohumu, Zərdab rayonunun Şahhüseynli kəndindən olan Qurban Süleymanov maraqlı məlumat açıqlayıb. Onun yazdıqlarını olduğu kimi oxucularımıza təqdim edirik: “Həmin xəbərə bütün şərh yazan və başsağlığı verən insanlara dərin təşəkkürümü bildirirəm. Allah ölənlərinizə rəhmət etsin. Bu körpə Zərdablı balaları mənim əzizlərim – xalamın nəvələri idi. Allah heç bir ata-anaya belə dəhşətli faciə yaşatmasın. Xalam oğlunun cəmi 2 balası var idi, hər 2-si də faciəli şəkildə dünyasını dəyişdi. Uca TANRI onları cənnətə apardı. Xalam oğlu Akif və həyat yoldaşı Şəbnəmə, eləcə də bütün ailə üzvlərinə – xüsusən də bu hadisədən dəhşətli dərəcədə sarsılan xalamın həyat yoldaşı İmrana, digər babası Yusifə, nənələrinə, xalam oğlu İkrama dərin hüznlə baş sağlığı verir, uca RƏBBİMİZDƏN səbr arzulayıram. Körpə balamız Nərgiz kiçik yaşına uyğun olmayan istedadı, ilahi tərəfindən bəxş edilmiş və böyüklərə xas qabiliyyəti, şirinliyi ilə yaşıdlarından fərqlənirdi. Eləcə də Rüfət balamız. Çox təəssüf ki, qismət belə oldu. Bu hadisədən dəqiq məlumatlı olan bir qohum kimi bunu oxucularımıza çatdırmağı özümə borc bilirəm ki, bir gənc Azərbaycan ailəsinin başına gələn bu faciəyə əksər informasiya mənbələrində bildirildiyi kimi, yüksək sürət deyil, qarşı tərəfdən çox sürətlə və gur yanan uzaq işıqlarını dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaxın işıqlarla heç cürə əvəzləmədən gələn və körpünün üstundə xalam oğlunun idarə etdiyi “Opel” markalı minik avtomobilini sıxaraq və toxunaraq kanala atan məsuliyyətsiz bir sürücünün idarə etdiyi “Kamaz” markalı maşın səbəb olmuşdur. İnsaallah, haqq-ədalət öz yerini tutar, günahkar cəzasını alar. Allah rəhmət etsin, səbr versin! AMİN! Dərin hüznlə, Qurban Süleymanov – Şahhüseynli”.

Zerdab.comZerdabZerdab

10 ŞƏRH

  1. Allah sebrlerini versin mekanlari cennet olsun InshAlla! coox uzuldum!

  2. Bu qazadan xabari olmadan asassiz sarh vermak manca allahsizliqdi.akif zalov manim qardasimxi o qaza yerina ilk catan man olmusam o göruntular inanilmaz dahsatli aila faryadi olub.axi neca ola bilar ki asasziz sarh yazirsiniz .akif ilk hussuz sakilda suya dusan adam olub birda urayi partlayan vaxtda oyanib ki masin bani asagi sudadi va özunu toparlayib masininn icina qayidir hayat yoldasini olumcul sakilda masinin icindan xilas edir va onun plmus oldugunu hesab edir aglina galan ilk fursat qarina dolmus suyu xaric etmak va ona nafas vermak olur.sabnamin oyandigini görur va onu suyun qiragina cixarir va yenidan usaqlarini xilas etmak ucun masinin icina qayidir suyun altinda boguldugunu hiss edarak geriya qAyidir va yenidan yoldasinin surusarak suyun darinliyina surusduyunu görur va yenidan yoldasini suyun qiragina cixarir.yenidan masinin icina qayidir.alina hec bir sey daymadiyini görub sudan cixir va zulumla körpuya taraf cixib körpunun qarovulcusunu faryadla cagirir ki biza kömak et balalarimi cixarim .va hec bir kömayin olmadigini görurlar.ela bu anda körpu qarovulcusunun uc böyuk itinin bulara taraf möhkam galdiyuni görub qacqraq suya qacqraq özlarini xilas ediblar.ela bu anda qarovulcunun qaza yerina taraf galdiyini görurlar.faryadla ondan usaqlarimizi cixar deyiblar va cavabinda mani qana salmayin özunuz cixarin. Qarovulcunun onlara dayan kömayi ancaq biza zang vurub xabar etmayi olub.man catan kimi suya girib masinin icina girdim va hec bir sey alima daymadiyini görub ela ordada donu sudurga tutub qaldim.man bildiyim akif ordaki fadakarligini butun esidib klanlar danisir bu bir qahramanliq a mardlikdir bela bir insan layiqsiz va duzgun olmayan sarhlar yaZmaq manca duzgun olmazdi.onun an yuxari surati saatda 30/40km olub.qarsidan galan kamaz markali yuk avtomobilinin uzaq vuran göz qarqldan ranarlari va avtomobili qardasimin ustuna surarak onu vuracagindan qorxub.va birda masina necasa toxundugunu esitdim deyir. Bundan sorasi özumu suda bogulub öldugumda ayilib harakata kecdim deyir.bizim cun dunyanin an agir anlari an agir gunlarini yasamaq qalir allah o körpalarin ahini yerda qoymasin.o kamaz surucusunun öz balasini versin .man bir ami kimi öz kadarimi Öz qamimi va öz yasimi ömrum boyu öz qalbimda özumla yoldas kimi saxlayacam.o körpa balalarin hec vaxt xatiralarimizdan silinmayacayindan aminlik hissiyla yasamagimi özuma sirdas sagiram.allah o körlalarin qabrini cannatlik etsin onsuzda beladi onlarin hec bir gunahi yox idi.allah ata anasina atam imrana anam sehrayaya va digar nana babalarina sabir versin amin.darin yas icinda qardasi ikram.

  3. Bu hadise son gunlerde her birimizi uzen en boyuk faciemizdir.Ewidenden bura hec cur ozume gele bilmirem.ALLAHDAN o uwaqlara rehmet,valideynlerine,yaxinlarina sebr arzulayiram.O korpelerin mekanlari cennetlikdir.Biz Zerdablilarin her biri o xeberi alanda derin 1sarsinti kecirdik ve keciririk.ULU TANRIMIZ ozu o valideyinlere komek olsun,AMIN!

  4. Allah butun yaxinlarina sebr versin. Boyuk ALLAHIN hokmu qarsisinda hamimiz acizik.

  5. allah o korpelere rehmet elesin,valideyinlerine ve yaxlnlarlna sebir versin

  6. Allah rehmet elesin o korpe balalara Allah valideyinlerine sebir versin Sebnem menim sinif yoldawim olub bu xeberi esidende cox uzuldum Sebnem o uwaqlari cox ezab eziyetle tapmisdi insallah Korpelerin qani yerde qalmaz

  7. Allah rehmet elesin atasina anasina ve yaxinlarina sebir versin amin

  8. allah rehmet elesin atasina anasina ve butun qohumlarina sebir versin amin

Comments are closed.