Veysəl Qarani (ra) ziyarətgahındakı epiqrafik abidələr öyrənilir

0
86

Veysəl Qarani (Üveys Qarani)Veysəl Qarani (ra) ziyarətgahı. Zərdab – Ağdaş yolunun sağında, Ağdaş rayonunun Xınaxlı kəndi ərazisində Şeyx Üveys əl-Qaraninin (ra) (658 – 565) qəbri və yaxınlarından digər iki qəbir yerləşir (Şəkil 2; 3; 4). Zigərçayın sağ sahilində yerləşən qəbiristanlıqda IX – XII əsrə məxsus qəbirlər də qeydə alınmışdır. Əsl adı Üveys əl-Qarani olan bu şəxs övliyaların böyüklərindəndir. Əslən Yəmənin Qaran kəndindən olan Şeyx Üveys (ra) Məhəmməd Peyğəmbərin (sas) zamanında İslamı qəbul etmişdir. Məhəmməd peyğəmbərin (sas) vəfatından sonra Şeyx Üveysin Ömər ibn al-Xattab (ra) və Əli ibn Əbu Talib (ra) tərəfindən və ya onların göndərdiyi sərkərdələr tərəfindən tapılıdığı qeyd olunur. 2013-cü ildə elmi tədqiqat işləri zamanı Şeyx Üveysin (ra) qəbri və yaxınlığındakı qəbirlər və epiqrafik abidələr öyrənilmişdir. Xınaxlı kənd qəbristanlığının axundunun söylədiyinə görə, böyük İslam alimi Əhməd ibn Hənbəl də bu haqda məlumatlar vermişdir.

Əliyev Taleh Vasif oğlu,  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi, dissertant.

Xüsusi olaraq Zerdab.com üçün.