Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Zərdabda tədbir keçirdi

0
31

Zerdab Zərdab rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli-mənəvi və ənənəvi dəyərlərin qorunması” mövzusunda konfrans keçirilib. Konfransda rayonun dini icmalarının sədrləri, din xadimləri, ziyalılar, eləcə də fəal ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransı giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyəti Başçısının müavini Pərvin Mahmudova konfransın keçirilməsi məqsədini açıqlayıb: “Konfransın əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunmasıdır”.

Natiq bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb, dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayıb. Onun sözlərinə görə, bunun nümunəsi olaraq dövlət başçısının qayğısı nəticəsində son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov   “Milli-mənəvi dəyərlərin qorunması” mövzusunda çıxış edib. Natiq qeyd edib ki, son vaxtlarda radikal dini cərəyanlar və hərəkətlərin qarşısının alınması istiqamətində mühüm işlər həyata keçirilib. Bildirib ki, bu istiqamətdə son dövrdə 10-dan çox qısamüddətli təlim kursları keçirilib, 10-a yaxın ədəbiyyat nəşr edilib, bir sıra dini icmaların yenidən dövlət qeydiyyatına dəstək verilib, icmaların nizamnamələrinin qanunvericiliyə uyğunluğunun yoxlanması işlərinin mexanizmi hazırlanıb və tətbiq edilib.

Məruzə ətrafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Nizami Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri çıxış ediblər.

Zərdab Rayon İcra Hakimiyyəti

ZerdabZerdab