Bayquş uğursuz quşdurmu?

3
51

BayquşSüleyman Peyğəmbər (ə.s.) hüzuruna gəlib salam verən bayquşdan soruşur:

– Ey bayquş! Niyə evlərin üstünə qonub belə uzun-uzun ulayırsan?

– İnsan oğlu bu qədər ağır imtahanla üz-üzə ikən necə rahat yata bilir, onu demək istəyirəm.

– Gündüzlər niyə bayıra çıxmırsan?

– İnsanların bir-birinə etdikləri zülmləri görməmək üçün.

– Fəryadında nə deyirsən?

– Deyirəm ki, ey qafillər, yolçuluq var, hazırlıq görün.

Bayquşla arasındakı bu dialoqdan sonra Həzrəti-Süleyman (ə.s.) belə buyurur:

– İnsana bu cür xeyirli yol göstərən başqa bir quş yoxdur. Niyə insan oğlu bu quşu uğursuz hesab eləyir, bunu anlaya bilmədim.

www.zaman.az

3 ŞƏRH

  1. bezen felaketin geldiyini qebul etmek istemirik ve gunahi bayqusda axtaririq.

Comments are closed.