Zərdab rayon Mərkəzi Kitabxana Sistemində tədbir

1
32

Zərdab rayon Mərkəzi KitabxanaZərdab rayon Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirildi. Tədbirdə 1 saylı körpələr evi – uşaq bağçasının uşaqları iştirak edirdi. Tədbiri giriş sözü ilə Zərdab rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Nailə Əliyeva uşaqları təbrik etdi. Sonra Uşaq Şöbəsinin baş kitabxanaçısı Məlahət Cavadova “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür” adlı məruzə ilə çıxış edərək uşaqlara öz hüquqları barədə geniş məlumat verdi. Tədbir uşaqların bir – birindən gözəl çıxışları, şeir və mahnı ifaları, rəqsləri ilə davam etdi. Sonda Zərdab rayon Mərkəzi Kitabxana Sistemi adından uşaqlara hədiyyələr verildi.

Zərdab rayon Mərkəzi Kitabxana Sistemi

 Zərdab rayon Mərkəzi Kitabxana Zərdab rayon Mərkəzi Kitabxana Zərdab rayon Mərkəzi Kitabxana

1 comment

  1. Uşaqları xoşbəxt görmək hər birimizin istəyidir.Onların təkcə 1 İyun günü deyil hər gün müdafiyəyə ehtiyacı vardır.Onları həm də müdafiə etməli həm də kitabların köməkliyi ilə mənəvi aləmləmini hələ indidən zəngiləşdirməliyik.Buna görə tədbiri təşkil edənlər üçün Nailə xanım başda olmaqla bütün kitabxana işçilərəniə təşəkkür edirəm .

Comments are closed.