ZƏRDABDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD EDİLDİ-FOTOLAR

3
28

Zərdab     Zərdabda 15 iyun Milli Qurtuluş günü münasibətilə ümumrayon yığıncağı keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzi ilə tanış oldular.Zərdab

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev vurğuladı ki, bu günlər qədirbilən xalqımız Azərbaycanın ən yeni tarixində müstəsna yeri olan Milli Qurtuluş Gününün 21-ci ildönümünü böyük təntənə və  sevinc hissi ilə bayram edir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyevdir.Zərdab

Lütvəli Babayev qeyd etdi ki, Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir.Zərdab

Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli xahişi ilə 1993-cü il iyunun 15-də respublikanın siyasi hakimiyyətinə rəhbərliyə yenidən qayıtması xalqımızın çoxəsrlik tarixinə dövlətçiliyimizin Qurtuluş Tarixi kimi daxil oldu. Sonralar, yəni 1997-ci il iyunun 27-də ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü «Milli Qurtuluş Günü» elan etmişdir.Zərdab

İcra başçısı bildirdi ki, Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin sosial-iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş uğurlu addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir.Zərdab

O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti ilə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ona görə də 15 iyun 1993-cü il müasir tariximizdə mühüm mərhələnin başlanğıcı kimi xarakterizə edilir.

Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı film nümayiş olundu.

Axşam saatlarında rayonun musiqi kollektivlərinin Heydər Əliyev parkında konsert proqramı təşkil ediləcəkdir.

Zərdab Rayon İcra HakimiyyətiZərdab

3 ŞƏRH

  1. ————————————————————————————————————————————————————————————————————-

Comments are closed.