Zərdabda möhtəşəm “BUTA” gözəllik salonu xidmətinizdədir – FOTOLAR

35
85

    Buta Studio-Zərdab Həyatınızın ən gözəl günlərində “BUTA”ya üz tutun

Zərdabda yaradılmış Femida hüquq xidməti nəzdində “BUTA” gözəllik salonu yüksək səviyyədə  xidmət edirButa Studio-Zərdab

Zərdabda yaradılmış Femida hüquq xidməti nəzdində fəaliyyət göstərən “BUTA” gözəllik salonu qısa vaxt ərzində xanımlarımızın diqqətini özünə cəlb edə bildi. Zərdab şəhəri, Azərbaycan 60 ünvanında yerləşən bu salonda 1 nəfər xaricdə kurs keçmiş masaj ustası, 2 nəfər Bakı şəhərində kurs keçmiş saç ustası öz xidmətlərini təklif edir. Aynurə Nuriyeva xanımlarla yanaşı, uşaqlara da yüksək səviyyəli masaj xidməti göstərir. Nuriyyə Xəlilova və Hənifə Rüstəmova makiyaj, saç düzümü, saçların kəsilməsi və rənglənməsində, əl və ayaq dırnaqlarının pedikür və manikür edilməsində xanımlarımıza yaxından köməkçi olur.

Buta Studio-ZərdabGöstərilən yüksək keyfiyyətli xidmətlərin nəticəsində müştərilərin sayı durmadan artır. Xanımlarımız həyatlarında olan ən əhəmiyyətli günlərdə – toy, nişan, eləcə də ad günləri üçün “BUTA”nı seçirlər. Bu yaxınlarda yaranmasına baxmayaraq salonda yeni-müasir ənənələrin əsası qoyulur. Əksər hallarda salonda bəzədilmiş gəlinlər toy şənliyi keçirilən şadlıq saraylarında ustalar tərəfindən təqdim olunurlar. Femida hüquq xidmətinin rəhbəri Səadət xanım Seyidova təqdimat vaxtı “BUTA” tərəfindən cütlüyə xatirə hədiyyəsi bağışlayır.Buta Studio-Zərdab

Salona verilmiş “BUTA” adının mənası gözəl gələcək deməkdir. Səadət xanım deyir: “Gözəl gələcəyin əsasını təşkil edən amillərdən biri də müasir standartlara uyğun xidmət və gigiyenik qaydalara əməl olunmasıdır. Bunu əsas götürərək ustalarımız saçları kəsərkən, rəngləyərkən, eyni zamanda üzə qulluq, xanımlarımıza və uşaqlara masaj  edərkən gigiyenik normalara diqqətlə yanaşırlar. Bunları nəzərə alan xanımlarımız ümidvaram ki, salonun göstərdiyi xidmətdən razı qalırlar”.Buta Studio-Zərdab

Bu, həqiqətən belədir. İşıqlı və geniş, hər cür müasir avadanlıqlarla təmin olunmuş “BUTA” gözəllik salonuna bir dəfə yolu düşənlər buranı özlərinə daimi xidmət məkanı seçirlər.Buta Studio-Zərdab

Həyatınızın ən gözəl günlərində “BUTA”ya üz tutun ki, məmnunluq duyğularınız qədərindən çox olsun!

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ

35 ŞƏRH

  1. Heqiqeten bizim Zerdablilar olaraq bele bir xidmete ehtiyacimiz var idi. Dizayni Kim ediblse superdi. Sag olun………..

  2. Salonda olmuwam. olduqca elit, zovqlu, musbet enerji bexw eden, xususi qullugu ile mene ve taniwlarima rahatliq getiren muhutu var. Bildirmeliyem ki Zerdabda ilkdir ve S.Seyidovanin rehberliyi ile yaradilmiw bu gozel sayon heqiqeten isini bilen ustalarla dahada deyerlenmiwdir 🙂

  3. Salon da, xidmetler de eladir 🙂 Ustalara soz ola bilmez :)Sade , zovqlu makyaj , hetda xinayla tatu bele edirler. en son refiqemin toyunda gelinin ellerine cox gozel desen qoymushdular 🙂 Teshekkurler Seadet xanim 🙂 Sizin kimi xanimlar her zaman xanimlara gozellik getirir, urekleri oxshayirsiniz 🙂

  4. Seadet xanim hem dini, hem medeni, hem siyasi savadi, biliyi , insani deyerleri ile urekleri oxwamagi yenede bacardi 🙂 Cox gozeldir 🙂 Insallah mutleq gedeceyik 🙂

  5. Allah evlenen cutlukleri xosbext etsin.Butun subay baci, qardaslarimiza nasib olsun.Buta gozellik salonuna bol musteriler, ugurlar arzulayiram.

  6. Salonda olmusam cox konfortludur ustalarada soz ola bilmez masaj salonunda var cox sagolun seadet xanim bu xidmetlere gore

  7. Nolubkiii sizi tanimiram ama adiniz kamaladii iciniz goturmuurr?cox gozel bezeyiblerrr

  8. Cox sagol gunes xanim allah razi olsun sizden coxlari paxilliqcan her soz deyebiler amma men salonu cox beyenirem

  9. Ustalarinda yaninda olmusam biri zerdablidi biri goycayli ela is bacarirlar gedin narazi qalsaz bura yazin kenardan baxib pis yorum yazmayin

  10. Allah evlənən cütlükləri xoşbəxt etsin.Və salonda da xidmət edən Ustalara söz ola bilməz. Həqiqətən bizim belə bir xidmətə ehtiyacımız var idi. Hörmətli Tərlan xanım cox sağ
    ol Allah sizdən razı olsun.

  11. Allah sizi xosbext erylesin Yasin bey.Size uca Allahdan bol sanslar aile seadeti arzulayiriq.Seadet xanima ise islerinde ugurlar arzulayiriq.

  12. cox gozeldir orda her sey men ora getdim ela xidmet bol semimiyyet gordum

  13. BUTA GOZELIK SALONU HEQIYQETENDE COX GOZELDI MEN ORA GETMISAM SALONDA ISLEYENLER XANIMLARI COX GOZEL BEZEYIRLER

  14. BUTA gozellik salonu heqiqeten cox gozeldi.Orada xidmetler de eladir…..Insallah axira qeder de bele geder..

  15. Men lemanin yaninda olmuwam meni bir gune saldiki ozume nifret eledim indiburada gedim gorum necedi

  16. Ay lalezar xanim siz gedin butaya narazi qalsaz bura mene yazarsizki sehv deyirsen btadaki xidmete semimiyyete soz yoxdu ustalarin isi eladi helem ordaki masaj yerini dimirem super zerdabdaki en seviyyeli en komfortnu salondu buta

  17. Tebrikler.. Eziyyet cekmisiz Seadet xanim.. inwALLAH eziyyetiniz heder getmez..

  18. Buta eladi ay xanimlar indice ordan gelirem super xidmet bol semimiyyet sizde gedin xidmetin gorun

  19. Men ucarliyam hemiwe uzdu qawdi ucardaki bir xanima aldirirdim nese o xanim ucardan kocdu qaldim yaman gunde bir gun zerdaba geldim butani mene tanitdirdilar xidmet cox xowuma geldi ustalar eladi iwlerine soz ola bilmez indi heftede 2 defe zerdaba butaya gelirem

  20. Bu materialı oxuyub münasibət bildirən hər kəsə öz təşəkkürümü bildirirəm .Fürsətdən istifadə edərək yayımlanan fotoşəkillərdəki cütlüyü-bəylə gəlini 30 iyun milli sevgi günü münasibəti ilə təbrik edərək onlara qarşıdakı ailə həyatı dövründə sevinc dolu günlər arzulayıram.

  21. Buta gozellik salonu bizim evle uz uze yerlewir.Zerdab rayonuna bele bir gozellik salonu lazim idi.Sadet xanim allah coxlu coxlu xeyir versin

  22. Sadet xanim acibsa soz ola bilmez.Nebilim amma men hecvaxt oz gelinliyimi Zerdab ustalarina hevale etmerem.INWALLAH hacansa toyum olsa Zerdabda bezenmiyecem.Amma diger xidmetlerinde istifade edrik.Xeyirli ugurlu olsun.

  23. Hormetli terlan xanim milli metbuat ve jurnalistika gunu munasibeti ile size ve kollektivinizi tebrik edirem sizi en sebakar ve seviyyeli bir jurnalist kimi hami qiymetlendirir cox isterdik ki,xidmetleriniz bu jurnalistika gununde rehberlik ve muduriyyet terefinden size laiq oldugunuz qeder qiymetlendirilisin

  24. Çox minnətdaram və təbriklərinizə görə hər birinizə təşəkkür edirəm.Allah Sizlərdən razı olsun !

  25. Hormetli seadet xanim salonunuzda bezenilen gelinleri toyda teqdim etmeyiniz teqdire layiqdir.

Comments are closed.