Zərdabda ictimai könüllülük aksiyası keçiriləcək

2

Zərdab“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə iyun-sentyabr aylarında “Sosial məsələlərin həllində region gənclərinin rolunun artırılması məqsədilə könüllülük fəaliyyətinin təbliği” adlı layihə həyata keçirəcək. Layihə region gəncləri arasında könüllü fəaliyyəti təbliğ etməklə onların regionun sosial məsələlərinin həllinə cəb edilməsindən və gənclərin rolunun artırılmasından bəhs edir. Layihə zamanı Zərdab, Ucar və Gədəbəy rayonlarında təlimlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlər planına müvafiq olaraq Zərdab rayonunda təlimlər keçirildikdən sonra ictimai könüllülük aksiyası keçiriləcək. Belə ki, bir qrup könüllü gənclər bəzi sosial məsələlərin həllinə cəlb olunacaqlar. Onlar yerlərdə asudə vaxtın təşkili istiqamətində idman meydançalarının salınması və ya bələdiyyələrin iştirakı ilə digər sosial məsələlərin həllinə çalışacaqlar. Konkret olaraq bu təlimlərdə bələdiyyələrlə birgə müzakirələrdə gənclərdən gələn təkliflər əsasında görüləcək işlər müəyyənləşəcəkdir.

Daha sonra Ucar və Gədəbəy rayonlarının hər birində təlimlər keçiriləcək və həmin təlimlərdə gənclərə ictimai könüllülük aksiyasında əldə olunmuş təcrübələr də çatdırılacaq.

  Eldar Xəlilov, “Gəncliyə dəstək” İctimai Birliyinin sədri        

2 ŞƏRH

  1. Salam Eldar müəllim , mən inanıram ki , sizin bu layihəniz də gözəl nəticələr verəcək . İndidən uğurlar arzulayıram .

Comments are closed.