Qiyamət günü hər kəs mütləq bu 4 suala cavab verəcək

3
kainat

kainatRəsulullah (s.ə.s.) buyurur: Qiyamətdə hər kəs bu dörd suala cavab vermədən hesabdan qurtula bilməyəcək:

– Ömrünü necə keçirdi;

– Öyrəndiyi elm üzrə yaşaya bildimi?;

– Malını haradan, necə qazandı və haralara xərclədi;

– Bədənini hansı işlərdə yordu, əldən saldı.

“Az yemək, az yatmaq, az danışmaq”- Peyğəmbərimizin (s.ə.s.) bizə qızıl tövsiyələrindən biridir.

Hər şey qarşılığı ilə müqayisədə görünür.

Qənaətin bir tərəfində israf var, o biri tərəfində xəsislik.

İsraf Allah-Təalanın (c.c.) verdiyi nemətlərin qədrini, dəyərini bilməməkdir, xəsislik Allaha (c.c.) güvənməməkdir.

Qənaət isə bütün nemətlərin Allahdan gəldiyini bilmək və onları Allah-Təalanı məmnun edəcək şəkildə sərf etməkdir.

Qənaət dünyaya olan ehtiyacı minimuma, zərurət səviyyəsinə endirməkdir.

Qənaət dünyaya sahib olsan da, ona gözünün ucu ilə də baxmamaqdır, könül verməməkdir.

Qənaət könlünü dünyaya deyil, Allaha (c.c.) verməkdir.

www.zaman.az

3 ŞƏRH

  1. Bu gun eziz cox muqeddes Ramazan girdi.Qedemlerin mubarek olsun.Allah her birimize Bu ayi ibadet etmeyi nesib etsin.BU gozel ayda bu cur movzularin qoyulmasi cox gozel ve vacibdir.Allah o dehsetli gunde her birimizin yar ve yardimcisi olsun.Qiyamet gununun dehsetlerini dusunub bir anliq emellerimizden el cekmirik.Bizi cehennem odunun ezabindan qoru.amin

  2. RAMAZAN AYINIZ MÜBARƏK! ALLAH ORUC, NAMAZ VƏ DUALARINIZI QƏBUL ETSİN, DÖZÜM VƏ QÜVVƏT VERSİN. AMİN!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

12 − 6 =