16 yaşlı Zərdablı tələbə Göyçay rayonunda kanalda batıb – FOTOLAR

27

Elnar MəmmədovZərdab sakini kanalda batıb. Zerdab.com saytı xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dünən rayonun Potu kəndi ərazisində qeydə alınıb. Zərdab rayon sakini, 16 yaşlı Elnar Elşən oğlu Məmmədov Şirvan kanalında çimərkən boğularaq ölüb. Onun meyitini tapmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Mərhumun yaxınlarının Zerdab.com saytına verdikləri məlumata görə, Elnar Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin Yol hərəkətinin təşkili fakültəsinin I kursunda təhsil alırmış.

Zerdab.com saytı mərhumun “facebook” sosial şəbəkəsində yazdığı son statusu oxuculara təqdim edir: “Bu gün çox sevincliyəm – 3 şeyə görə. Birincisi, niyyət gecəsidir. Allah bütün ürəkdən olan duaları qəbul eləsin. İkincisi, ayın 6-da atamın gəlməsi xəbərini veriblər – sağ salamat gəl. Üçüncüsü, ürəyimin ad günüdür. Ad günün mübarək”.

Zerdab.com saytı Elnar Məmmədovun müxtəlif vaxtlarda çəkilmiş fotolarını təqdim edir.

Allah rəhmət eləsin.

Zerdab.comElnar Məmmədov Elnar Məmmədov Elnar Məmmədov Elnar Məmmədov Elnar Məmmədov  Elnar Məmmədov Elnar Məmmədov Elnar Məmmədov

27 ŞƏRH

  1. Ay Allah bu yay aylarinda bogulmalar olmayaydi.Allah valideynlerine tukenmez sebr versin.Oxuduqca bizim qelbimiz sokulur valideynlerin nece olacaq.Allah komeyiniz olsun

  2. Can Elnar ne bileydenki cox sevincli oldugun gun senin son gunun olacag. Mene cox pis tesir etdi onun olumu. Helede inana bilmirem. Onun zarafatlari, daniwigi, guluwu yadima duwende cox pis oluram. Butun onu taniyanlar onun bawina and icirdi. Cox yaxwi oglan idi. Deyiller Allah sevdiy insani yanina tez aparir. Elnarda buna gore aramizdan getdi. Bir ulduz kimi yandi ve sondu. Bir defeliy. Sevdiyinin ad gunu imiw hemin gun. Oz ad gununde sevdiyinin olum xeberin ewitmey yeqinki faciedi. Ne deyim Allah butun onu sevenlere sebr versin. Eminem indi cennetde oturub rahat. Allah rehmet elesin Elnar. Ama sen buna layiq deyildin !

  3. Of ay elik off senin olmeyini helede qebul eee bilmirem off..Allah sene rehmet elesin ailenede sebr versin

  4. allah rehmet elesin helede inana bilmirik hami sok icinde allah ailene sebr versin\

  5. Allah rehmet elesin elnar sene. Valideyinlerine sebir , dozim versin. Cox ağır itgidir

  6. allah rehmet elesin ailene sebr versin inana bilmirik sok icindeyik allah ailene sebr versin mekanin cennet olsun AMIN INWALLAH

  7. can ay elnar sen bu gunlere qalasi deyildin atani anani qardasin semsini niye gozu yasli qoydun?boy buxun yarasiq gozel lezginka oynamaq sende idi henise bu dunyada ne olursa yaxsilara olur ALLAH SENE REHMET ELESIN RUHUN SAD OLSUN QEBRIN NURLA DOLDUN!

  8. Deyesen o uwagi boynunda iz awkar edibler.Demekki kimse bogub onu.Wexsen tanimsamda cunki mennen cox balacadi,wekillerin ve vidyolarindan gorurem ki cox yarawiqli ve istedadli uwaq olub.Yeqinki bunu edende bile bile edib.Ne deyib ALLAH rehmet elesin.esas ailesina sebr versin.Dostlarinin ciyninde gedib son menzile,dostlari sag olsun.Yeri rahat olsun ve ALLAH o dunyasini versin.O haqq dunyasindadi biz nahaq.ALLAH rehmet etsin.

  9. ALLAH REHMET ELESEIN O COQ YAXSI OQLANIYDI MELIMLER DIYIRDIKI AQLI USQSAN ALLAH REHMET ELESIN AILESISNE SEBIR

  10. ay elnar niye getdin bir il otdu defninden helede gelmemisen niye gelmirsen hardasan axii ???? bizi niye tek qoydun sensiz qoydun bilirem indi gorursen bizi baxirsan cennetden narahat olma bizde geleceyik senin yanina seni bu dunyada tek qoymadiq o biri dunyadada tek qoymayacagiq !!!! ele darixmisham sennen otru senin yoxlugun oldurur bizi doze bilmirem dayy yaxshiki yuxularima qonaq gelirsen o yuxudan oyanmaq istemirem inan bizi niye bele qoydun getdin Allah rehmet elesin deyebilmirem dilim gelmir demeye inanmiram senin getdiyine qorxunc yuxudayam inanmiram bu yuxudan deyesen oyanmayacam meni sensiz bizi sensiz qoydun getdin butun gozellik sende idi gozmu deydi sene coxmu gozel olduguncun getdin niye getdin??? SENI UNUTMAMISHIQ UNUTMADIQ UNURMAYACAGIQ!!! ALLAH SENE QENI QENI REHMET ELESIN YERIN CENNET OLSUN Allah ailene yaxinlarina sebr versin AMIN((( 29.06.2015

Comments are closed.