Zərdablıların baş tibb bacısı Sifayət Məmmədova – FOTOLAR

3
Sifayət Məmmədova
Sifayət Məmmədova
Sifayət Məmmədova

Zərdab rayonunda yəqin ki, onu tanımayan çox az insan var. Az adam tapılar ki, çalışdığı illər ərzində Sifayət Məmmədova onun yaxınlarından, ailə üzvlərindən hansısa birinə tibbi xidmət göstərməsin. Söhbət Zərdab Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsinin baş tibb bacısı Məmmədova Sifayət İsmayıl qızından gedir.

1972-ci ildə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsində tibb bacısı kimi əmək fəaliyyətinə başlayan Sifayət Məmmədova səmərəli fəaliyyətinə görə, bir müddət sonra baş tibb bacısı təyin edilib.

Bu günlər Sifayət Məmmədova üçün bir qədər həssas dövrdür. Söhbət ondan gedir ki, müsahibimiz yaşa görə pensiyaya çıxdığından iyul ayının 2-dən etibarən o, 42 il çalışdığı Zərdab Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsindən birdəfəlik ayrılacaq.

Sifayət Məmmədovanın 42 il çalışdığı iş yerindən ayrılması münasibəti ilə Zərdab şəhərində yerləşən “Kür” şadlıq sarayında tədbir keçirilib.

Tədbirdə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsinin müdiri Aydın Azayev çıxış edib. Aydın Azayev deyib: “Ən yaxşı sözlər bu işçim üçün layiqdir. Sifayət Məmmədova təkcə öz işinin peşəkarı olmayıb, həm də xəstələrlə, onların yaxınları ilə xoş davranıb, çalışdığı illər ərzində hər hansı xoşagəlməz hadisə qeydə alınmayıb”.

Aydın Azayev belə bir işçi ilə vidalaşmağın asan olmadığını, amma qanunların belə tələb etdiyini söyləyib.

Tədbir Sifayət Məmmədova üçün bir sürprizlə də yadda qalıb. Belə ki, səhiyyə sahəsində çoxillik səmərəli və qüsursuz əmək fəaliyyətinə görə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Komitəsinin Fəxri Fərmanı ilə təltif olunması barədə fərman ona təqdim olunub.

İş yoldaşlarından Gülsüm Salmanova, Nisə Bayramova, Firuzə Mürsəlova, Mənzər Aslanova da xoş sözlərini, xatirələrini dilə gətiriblər və iş yoldaşları adından ona qiymətli hədiyyə təqdim ediblər.

Sonda Sifayət Məmmədova da xoş sözlərə görə, Aydın Azayev başda olmaqla hər kəsə təşəkkürünü bildirib.

Biz də öz növbəmizdə Zerdab.com saytı olaraq Sifayət Məmmədovaya uzun ömür, xoşbəxtlik və sağlam can arzulayırıq.

Zerdab.com   

Sifayət Məmmədova
Zərdab Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsinin müdiri Aydın Azayevlə birgə.
Sifayət Məmmədova
Sifayət Məmmədova iş yoldaşları ilə birgə.

Sifayət MəmmədovaSifayət MəmmədovaSifayət Məmmədova

3 ŞƏRH

  1. Ay eziz Sufayet xalamiz.Mukafat almagin munasibetile sizi ve bu sevince qosulanlari cox semimi qelbden tebrik edirik.Uca Allahdan size sarsilmaz can sagligi,aile seadeti,neve toyu arzulayiriq.Tibdeki nezerecarpan emeyinle beraber hem de gozel iman sahibi olmaniz nezerlerden yan kecmir.Allah imaninizi daim bu cur var etsin.

  2. sifayet xanim sizi fexri ferman almaniz ucun tebrik edirem size uzun omur can saqligi arzu edirem men sizi tanidigim zamandan cox mulayim ve semimi xeste usaqlarin qaydina qalib onlara yardim etmisen cox savadli bas tibb bacisisan muduri ne layiq bas tibb bacisisan seni hec bir zaman unutmarik allah canizi saq elesin

  3. Gözümün nuru anam 42 illik qüsursuz fealiyyetinle yanası,qüsursuz ana olduğun üçünde sene çox teşekkür edirem.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seven − 1 =