“Zərdabın tarixi sirlərlə dolu əraziləri araşdırılmalıdır”

1
47

Ötən əsrin 60-cı illərində Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində meliorasiya işləri zamanı buradan “ağ küp” aşkarlanıb. Hazırda həmin “ağ küp” Zərdab Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Bu sözləri www.zerdab.com saytına açıqlamasında muzeyin direktoru Şahnaz Mustafayeva deyib. Onun sözlərinə görə, Zərdabın Əlibəyli və digər kəndlərində də şumlama işləri zamanı qədim saxsı qab-qacaqlar, sikkələr, mis qazanlar, kasalar aşkara çıxıb. Şahnaz Mustafayeva deyib ki, rayonumuzun Dəli Quşçu kəndi yaxınlığında Ağtəpə kurqanları mövcuddur ki, bu günə qədər burada heç bir araşdırma aparılmayıb: “Bıçaqçı kəndi yaxınlığındakı Qanlıca gölü, Yerayız adlanan şəhərin qalıqları, Əlvənd, Məlikumudlu və s. yaşayış məntəqələrində də bu qəbildən olan tapıntılar var. Bu o deməkdir ki, Zərdabi yurdunun hər qarışı sirlərlə doludur. Həmin ərazilər qorunmalı, mühafizə edilməli, arxeoloji qazıntılar, tədqiqatlar üçün hazırlanmalıdır”.
Ş. Mustafayeva əmindir ki, həmin ərazilərdə arxeoloji qazıntılar aparılsa, aşkara çıxarılan nümunələr Azərbaycan tarixinin öyrənilməsi baxımından faydalı olar.

www.zerdab.com

1 comment

  1. NEZERINIZE CATDIRIM KI XANMEMMEDLI KENDINDENDE BELE BIR KUP TAOILIB SADECE ONU BAKIDAKI MUZEYLERDEN BIRINE VERIBLER

Comments are closed.