Kimi daha çox sevirsən?

3
26

kainatAxşam evə dönən Həzrət Əlini (r.a.) sevimli xanımı Fatimeyi-Zəhra anamız (r.a.) dalğın və düşüncəli görür, səbəbini soruşur. Həzrət Əli də cavabında deyir:

– Ey Peyğəmbər qızı, bu gün Rəsulullah mənə bir sual verdi, cavab verə bilmədim və bütün bu dalğınlığım, pərişanlığım da onun üçündür.

– Rəsulullah nə soruşdu?

– Soruşdu ki, ya Əli, Allahımı çox sevirsən, Mənimi, Fatimənimi, ya Həsənlə Hüseynimi? Mən də dillənə bilmədim.

– Burda çətin nə var ki? Deyəydin ki, Bir qul, bəndə olaraq Allahımı çox sevirəm; ümmətindən bir fərd olaraq Səni çox sevirəm; bir ər, həyat yoldaşı olaraq Fatiməni çox sevirəm; Allahın verdiyi atalıq duyğusu ilə Həsənlə Hüseyni çox sevirəm.

Fatimeyi-Zəhra anamızın bu cavabı Həzrət Əlinin çox xoşuna gəldi və dönüb evdən çıxdı ki, onu Pəsulullaha çatdırsın.

Rəsulullah Həzrət Əlinin bu cavabından razı qaldı və belə buyurdu:

– Doğrudur, bu cavabdan bir qədər Fatimənin qoxusu gəlir, amma olsun, doğrudur. Sevgi sevgiyə əngəl deyil, ya Əli.

www.zaman.az

3 ŞƏRH

  1. Heyatda sevgiler muxtelifdir.Kimi valideynlerini,kimi ovladlarini,kimise ailesini daha cox sevir.Amma en boyuk sevgi bizi Yaradan Xaliqe olmalidir.Her seyi veren de alan da odur.Be neden vereni yox verdiklerini daha cox sevirik?

  2. Böyük yaradanın verdiklərinə də , vermədiklərinə də milyon
    dəfə şükürlər olsun.

Comments are closed.