“Gəncliyə Dəstək” İctimai Birliyi Zərdabda təlim-kurs təşkil edib

0
24

Gəncliyə Dəstək İctimai Birliyi“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə iyun-sentyabr aylarında “Sosial məsələlərin həllində region gənclərinin rolunun artırılması məqsədilə könüllülük fəaliyyətinin təbliği” adlı layihə həyata keçirir. Layihə çərçivəsində Zərdab şəhərində “Kür” şadlıq sarayında təlim-kurs təşkil olundu.

Təlim-kursda “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov layihənin təqdimatını etdi, birlik barədə və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu barədə məlumat verdi. Daha sonra ölkədə uğurla icra olunan dövlət gənclər siyasəti, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı barədə və Könüllülük Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu haqqında məlumatlar iştirakçıların nəzərinə çatdırıldı. Təlimçilər – Babək və Ələkbər könüllülük nədir, könüllülüyün tarixi, könüllüyün prinsip və məqsədləri, könüllülüklə bağlı yerli və beynəlxalq təcrübə, könüllülüyün cəmiyyətin inkişafına tövhəsi, könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru, gəncləri könüllü fəaliyyətlə sosial məsələrin həllinə maraqlandırmaq yolları istiqamətlərində çıxışlar etdilər. Sonda gənclərdən: Ramil, Xamiz və başqaları keçdikləri könüllülük fəaliyyəti barədə məlumat verdilər və bunun nəticəsində qazandıqları uğurlardan danışdılar.

Layihənin məqsədi könüllü fəaliyyəti təbliğ etməklə, gəncləri bu fəaliyətə cəlb etmək və bununla sosial məsələlərin həllində region gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir. Layihə zamanı 13 iyul 2014-cü il tarixdə Zərdab rayonunun Şıxbağı kəndində bələdiyyəyə məxsus futbol meydancasının könüllülərin iştirakı ilə oyuna hazırlanması, Ucar və Gədəbəy rayonlarında təlimlərin keçirilməsi nəzərdə tutulur.

 “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar XəlilovGəncliyə Dəstək İctimai BirliyiGəncliyə Dəstək İctimai Birliyi