Nazirlik həmyerlimiz Nərmin Camalzadəyə idman ustası dərəcəsi verdi

7
Nərmin Camalzadə
Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev nazir Azad Rəhimovun imzası ilə təsdiq olunmuş Azərbaycan Respublikasının “İDMAN USTASI” vəsiqəsini və döş nişanını idmançımıza təqdim edərkən.

Dəfələrlə Avropa və dünya cempionu olmuş, Karatenin VKC növü üzrə idman ustalığına namizəd həmyerlimiz Camalzadə Nərmin Akif qızına Zərdab Rayonu Gənclər və İdman İdarəsi rəisinin təqdimatına əsasən, Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun əmri ilə Azərbaycan Respublikasının “İDMAN USTASI” dərəcəsi verilib. Bu münasibətlə 07 iyul 2014-cü il tarixdə Zərdab Rayon Gənclər və İdman İdarəsində Nərmin Camalzadə ilə görüş kecirilib. Zerdab.com xəbər verir ki, idarənin rəisi İlkin Əliyev nazir Azad Rəhimovun imzası ilə təsdiq olunmuş Azərbaycan Respublikasının “İDMAN USTASI” vəsiqəsini və döş nişanını idmançımıza təqdim edib.

N. Camalzadə isə öz növbəsində ölkəmizdə gənclərə, o cümlədən idmançılara göstərilən qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə minnətdarlıq hislərini dilə gətirib, bu fəxri adın ona verilməsində əməyi olan hər kəsə öz dərin təşəkkürünü bildirib.

Zerdab.com saytı olaraq Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyevə təşəkkür edir, idmançımızı isə bu uğur münasibəti ilə təbrik edirik. İnanırıq ki, Nərmin Camal bundan sonra da keçirdiyi döyüşlərdə ölkəmizi və rayonumuzu şərəflə təmsil edəcək, yeni-yeni qalibiyyətlərə imza atacaq.

Zerdab.comNərmin CamalzadəNərmin Camalzadə

7 ŞƏRH

  1. Tebrik edirik.Insaallah ugurlariniz bol mukafatlariniz saysiz olsun.Biz sizinle fexr edirik

  2. xalaqizi seni ureken tebrik eleyirem allah dan arzumdu bunanda boyuk naliyetler arzulayiram

  3. xala qizi seni urekden tebrik eleyirem allah dan arzumdu bunan da boyuk ugurlar olsun

  4. Ürəkdən təbrik edirəm. Allah dan arzu edirəm ki,bundan da böyük uğurlara imza atasan.Biz sizinlə fəxir edirik.

  5. tebrik edirem Nermin. Sene bundan da böyük uğurlar arzulayıram.Zerdabın bütün idmançilarına uğurlar.

  6. nərmin səni qazandığın uğurlara görə təbrik edirəm. Kədərli
    günləriniz arxada qalsın. Bu uğurlarına atanın və qardaşının
    da ruhu sevinir. Allah onlara rəhmət etsin.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

sixteen − three =