Zərdabda taxıl biçini başa çatdı

0

Taxil-bicinılZərdab rayonunun torpaq mülkiyyətçiləri taxıl biçini kampaniyasını optimal müddətdə başa çatdırmışlar.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildirmişlər ki, cari ilin məhsulu üçün yetişdirilmiş 18031 hektar sahədən 49732 ton taxıl istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 27,6 sentner təşkil etmişdir ki, bu da ötən ilki göstəricidən çoxdur.

Daha çox taxıl əkilən Bəyimli, Körpükənd, Gəlmə, Çallı, Alıcanlı və digər ərazi vahidlərində yüksək nəticələr qazanılmışdır.

Hazırda hər yerdə yay şumuna başlanılmışdır. Bu işə kifayət qədər texnika cəlb edilmişdir.

AzərTAc

Şərh yaz

Please enter your comment!
Please enter your name here

8 − seven =