Birisinin şikəstliyinə lağ etmək özü şikəstlikdir

1
22

dunyaBiri kar olar, biri kor olar, biri topal olar, birinin bir qulağı o birindən böyük olar, birinin burnu əyri olar, birinin sifətində xal olar… Yəni bizdən asılı olmayaraq qismətimizə bu cür hallar yazıla bilər. Bunlar hamısı bir sınaqdır və o qüsurlara görə, başqalarına lağ etmək günahdır.

İnsanın fiziki qüsuruna lağ etmək günahdırmı? Bəli, günahdır. İnsanlar anadangəlmə və eləcə də sonrakı dövrlərdə müəyyən zədələr alaraq şikəst ola bilərlər. Ehtiyatlı olmaq, tədbiri unutmamaq müsəlmanlara hər zaman əmr olunmuşdur. Yəni insan özünü bəlalardan, müxtəlif xəsarətlərdən qorumalıdır. Ancaq bəzən insan qeyri-iradi olaraq zədə alır, yaralanır, şikəst olur. Məsələn, avtomobil qəzası, gözlənilməz zərbə, uçqun və s. bu cür hallardır. İstər anadangəlmə olsun, istər sonradan, ümumiyyətlə, şikəstliyə lağ etmək özü şikəstlikdir. Kimsə başqasının qüsuru ilə oynamasın. Unutmayaq ki, bu dünyada bizə verilən və bizim məhrum olduğumuz bütün imkanlar, sadəcə, sınaqdır, imtahandır.

Biri kar olar, biri kor olar, biri topal olar, birinin bir qulağı o birindən böyük olar, birinin burnu əyri olar, birinin sifətində xal olar… Yəni bizdən asılı olmayaraq qismətimizə bu cür hallar yazıla bilər. Bunlar hamısı bir sınaqdır və o qüsurlara görə başqalarına lağ etmək günahdır.

Təbii ki, zahirən başqalarını narahat edən qüsurları aradan qaldırmaq mümkündürsə, qaldırılmalıdır. Mümkün deyilsə, həmin şəxs ömür boyu o qüsurla yaşamağı qəbul etməlidir və bu vəziyyətin İlahi təqdir olduğunu bilməlidir. Yeri gəlmişkən, burada bir məqamı da xatırladaq ki, hansı halda doğulmasından asılı olmayaraq, insan heç vaxt öz Rəbbinə qarşı üsyan etmək haqqına sahib deyil. Yəni bütün hallarda insan Rəbbinə şükür etməli, Allah-Təalanın verdiyi imkanlarla həyatını davam etdirməlidir. Bir sözlə, başqasının fiziki qüsuruna lağ etmək günah olduğu kimi, öz qüsuruna görə Allah-Təalaya üsyan etmək də günahdır. Allah bizi bu hallara düşməkdən qorusun!

www.zaman.az

1 comment

  1. Allah elemesin bu gun lag etdiyimiz kiminse bir qusuru sabah da bizim basimiza gele biler.Risxend etdiyin hansisa bir seyi yasamadan olmur insan inanin.Allahin bize verdiklerine sukur edek nasukur olmayaq.

Comments are closed.