Zərdablı abituriyent qəbul imtahanında 624 bal yığdı

7
30
Abdul Etibaroğlu
Abdul Etibaroğlu

Ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında Zərdab rayonundan olan abituriyent Abdul Etibaroğlu yüksək nəticə göstərərək 624 bal toplayıb. Bu barədə Zerdab.com saytına həmin abituriyentin müəllimi, “Zərdabi yolu” tədris mərkəzinin rəhbəri Natiq Eyvazov məlumat verib. Məlumat üçün bildirək ki, Abdul Etibaroğlu Zərdab şəhərində yaşayır.

A. Etibaroğlu özü isə Zerdab.com-a müsahibəsində imtahanda bütün suallara cavab yazdığını və onlardan 112-nin düz olduğunu söylədi.

O, hansı universitetdə və fakültədə təhsil alacağı ilə bağlı fikrini hələ qətiləşdirmədiyini bildirdi: “Əvvəl Qafqaz Universitetində təhsil almağı planlaşdırırdım, amma indi dəqiq bilmirəm. Müəllimlərim hansı universiteti məsləhət görsələr seçimim də elə olacaq”.

Biz də öz növbəmizdə Zerdab.com saytı olaraq Abdul Etibaroğlunu, onun bu cür yüksək nəticə göstərməsində əməyi olan hər kəsi təbrik edirik. İnanırıq ki, builki qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərimizin sayı çox olacaq.

Zerdab.comAbdul Etibaroğlu

7 ŞƏRH

  1. Əhsən. Valideynlərini təbrik edirəm. Valideynlər ücün bundan böyük xoşbəxtlik ola bilməz.Sag salamat oxuyub qurtarsın.Vətənə millətə xeyirli övlad olsun.İnşallah.Sag əli bizimkinin başına.

  2. ehsen allah bed nezerden saxlasin.hansi mektebin sagirdi di goren

  3. Allah səni qorusun! Əziyyət çəkmisən,əziyyətinin bəhrəsidir
    qazandığın bu uğur. Ali təhsildə də sənə müvəffəqiyyətlər arzulayıram.

  4. Tebrik edirem.abdul cox savadli idi.ele belede bal toplamali idi.birdaha urekden TEBRIK EDIREM…

  5. Nicat muellim,men ancaq size tesekkur ede bilerem! Bilen bilir bilmeyenlerde bilsin ki sen heqiqeten HESEN BEY ZERDABININ torpaginin yetirmesisen!Zerdablilarin her bir uguru ile sevinen bir sexs!!!
    Abdula ise ancaq ugurlar!!!

Comments are closed.