Zərdabda ümumrayon yığıncağı keçirildi – FOTO

0
19

Zərdab14 iyul 2014-cü il tarixdə Zərdabda Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə təntənəli ümumrayon yığıncağı keçirildi. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, yerli icra və bələdiyyə qurumlarının rəhbərləri, əmək kollektivləri və ictimaiyyətin nümayəndələri öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül və çiçək dəstələri qoydular, onun xatirəsini ehtiramla yad etdilər. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq oldu. Mərkəzdə iştirakçılara Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı videoçarx təqdim olundu.  

Toplantıda qeyd olundu ki, 45 il öncə başlanan yol Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub. Və ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Heydər Əliyevdən, onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib.

Bu 45 ildə Heydər Əliyev  bilavasitə hakimiyyətdə olub-olmamasından asılı olmayaraq daim zirvədə olub. Çünki onu bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib. Ümummilli liderimiz Heydər Əliyev bu illər ərzində çox zirvələr fəth edib. Amma onun fəth etdiyi ən böyük zirvə xalqının qəlbindədir. Ondan yüksək, uca zirvə yoxdur. Bu illər ərzində Heydər Əliyevin fəaliyyətini, etdiklərinin mahiyyətini anlayıb nəticə çıxarmaq üçün öncə o zirvənin möhtəşəmliyini dərk etmək gərəkdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 45 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir.

Tədbir axşam saatlarında konsert proqramı ilə davam etdiriləcəkdir.

Zərdab Rayon İcra HakimiyyətiZərdabZərdab Zərdab2 Zərdab